Slovakiya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Slovakiya Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımını ehtiva edən yeni hərbi dəstək paketi hazırlayır.
Bakıvaxtı.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinak Kiyevdə Üçüncü Beynəlxalq Müdafiə Sənayesi Forumunda (DFNC3) açılış nitqi zamanı bildirib.
"Böyük məmnuniyyətlə bildirirəm ki, nazir Şmıqalla mən indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini özündə əks etdirən 14-cü yardım paketinə dair memorandum imzalamışıq", - o deyib.
R.Kalinak onsuz da hərtərəfli olan müdafiə əməkdaşlığını genişləndirmək, potensial layihələri müəyyən etmək məqsədilə ukraynalı həmkarı Denis Şmıqalla işləmək üçün Kiyevdə olduğunu vurğulayıb.
Baxış sayı:49
Bu xəbər 06 Oktyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















