Icma.az
close
up
RU
Slovakiya və Azərbaycan dost ölkələrdir Deputat

Slovakiya və Azərbaycan dost ölkələrdir Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan–Slovakiya münasibətləri son illər ərzində genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 8 dekabr tarixində Bratislavaya rəsmi səfəri və mətbuata verdiyi bəyanat iki ölkə arasında formalaşmış siyasi etimadı, iqtisadi əməkdaşlığın dinamikasını və genişlənməkdə olan strateji istiqamətləri bir daha nümayiş etdirir. Səfər çərçivəsində vurğulanan əsas məqamlar münasibətlərin möhkəm təmələ söykəndiyini, əməkdaşlığın isə çoxşaxəli və praktiki nəticələrə yönəldiyini sübut edir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir:

"Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında dönüş nöqtəsi kimi çıxış edərək münasibətləri ən yüksək səviyyəyə yüksəldib.  

Enerji əməkdaşlığı Azərbaycan-Slovakiya münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql olunub və ölkəmiz bu dost dövləti istənilən həcmdə enerji resursları ilə təmin etmək imkanına malikdir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun yarısı Avropa ölkələrinə çatdırılır. Azərbaycan qazını alan ölkələrin sayı 14-ə yüksəlib ki, bütün bunlar dövlətimizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. 

Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlığın geniş potensiala malik olduğunu diqqətə çatdırıb. Slovakiyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi sinergiya yaradaraq dünya bazarı üçün rəqabətqabiliyyətli məhsulların istehsalı perspektivini yaradır. Səfər çərçivəsində xatırladılan faktlardan biri də Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin noyabrın 8-də – Vətən müharibəsinin əldə olunmuş Qələbənin beşinci ildönümündə Bakıda keçirilən paradda iştirak etməsi olub.

Azərbaycanın nəqliyyat sektoruna yatırdığı investisiyalar ölkənin Şərq–Qərb və Şimal–Cənub marşrutlarının əsas həlqəsinə çevrilməsinə imkan verib. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Avrasiyanın etibarlı nəqliyyat qovşağı kimi mühüm rol oynayır. Gələcək illərdə nəqliyyat infrastrukturuna əlavə sərmayə qoyulması planlaşdırılır ki, bu da Slovakiya ilə əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Həmin sahə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və böyük potensiala malikdir.

İki ölkə arasında indiyədək 13 rəsmi sənəd imzalanıb. İqtisadi əməkdaşlıq haqqında Saziş əsasında Azərbaycan–Slovakiya Birgə İşçi Qrupu yaradılıb və bu qurum iqtisadi tərəfdaşlığın koordinasiyasını təmin edir. Birgə iqtisadi gündəm investisiyalar, ticarət, sənaye kooperasiyası, enerji, texnologiyalar və nəqliyyat sahələrində qarşılıqlı imkanların daha effektiv reallaşdırılmasına yönəlib.

Dövlətimizin başçısının bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin hərtərəfli inkişafında yeni mərhələ yaradır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin praktik nəticələri getdikcə daha aydın görünür. Bütün bunlar bir daha təsdiqləyir ki, tərəflər uzunmüddətli və dayanıqlı əməkdaşlıq modelinə sadiqdirlər, qarşıdakı illərdə tərəfdaşlıq geniş miqyasda inkişaf edəcəkdir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri