Slovakiyada cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bratislava, 5 sentyabr, Cavid Əliyev, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, "GoPass" arenada təşkil olunan tədbir bədii hissə ilə başlayıb.
Avropa Cüdo Birliyinin prezidenti Tot Laslo ötən gün start götürən yarışların uğurlu keçdiyini bildirib. Qurum rəhbəri turnirdə iştirak edən idmançılara uğurlar arzulayıb.
Ardınca Slovakiyanın Dövlət Himni səsləndirilib.
Bu gün Azərbaycan təmsilçilərindən Əbil Yusubov (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) qüvvələrini sınayıblar.
Ə.Yusubov təsəlliverici görüşdə, S.Şükürov isə 1/8 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıb.
Yarışın ilk günü isə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıb.
Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















