Slovakiyada gərginliyin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək
Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Slovakiya İnformasiya Xidmətinin (SİX, ölkənin kəşfiyyat xidməti) ölkədə sabitliyi pozan hərəkətlərə dair məlumatlarının dərcindən sonra ölkədəki mövcud vəziyyətlə əlaqədar gərginliyin qarşısını almaq üçün konkret tədbirlər görüləcək.
Manset.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Milli Təhlükəsizlik Şurasının (MTŞ) bu məsələ ilə bağlı iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
Slovakiya Prezidenti məlumatın ciddiliyinə baxmayaraq, dinc aksiyaları qadağan və ya fövqəladə vəziyyət tətbiq etmək niyyətində olmadığını vurğulayıb, lakin qeyd edib ki, hökumətə cəmiyyətdə gərginliyin daha da artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Prezident konkret hansı tədbirlər olacağını açıqlamayıb.
“Bizdə xaricdən maliyyələşən, etiraz etmək hüququndan sui-istifadə etmək istəyən müxalifət ilə bağlı struktur fəaliyyət göstərir. Bu, dövlət çevrilişi təşkil etmək cəhdidir”, - Slovakiya hökumətinin başçısı Robert Fitso bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Yanvar 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















