Slovakiyanın baş naziri: “İlham Əliyev Avropa Parlamenti barədə həqiqəti deyib“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini müdafiə edərək bu Avropa təsisatının fəaliyyətini kəskin şəkildə qınayıb.
Moderator.az xəbər verir ki, o, bu barədə mayın 9-da Rusiyadan geri qayıdarkən hökumət təyyarəsindən paylaşdığı videoda bildirib
Çıxışı zamanı o, Azərbaycan məsələsinə və İlham Əliyevin Avropa Parlamenti barədə səsləndirdiyi fikirlərə də toxunub.
"Yeri gəlmişkən, İrəvanda mən suveren xarici siyasət nümunəsinin şahidi oldum - bu dəfə ölkəsinə qarşı qəbul edilən müxtəlif bəyannamələrə və qətnamələrə görə Avropa Parlamentini sərt şəkildə tənqid edən Azərbaycanın və onun Prezidentinin timsalında", - deyə Slovakiya hökumətinin başçısı bildirib.
Fitsonun sözlərinə görə, Azərbaycan Prezidenti "həqiqəti dilə gətirib".
"Prezident Əliyev tam həqiqəti deyərək bildirdi ki, Avropa Parlamenti başqalarının işinə qarışmaq və yalanlar yaymaq əvəzinə ilk növbədə Avropanın öz problemləri ilə məşğul olmalıdır - hansı ki, bizdə bu problemlər kifayət qədər çoxdur", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 May 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















