Slovakiyanın ombudsmanı təcrübə mübadiləsində iştirak edib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsində iştirak edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti bu çərçivədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bakı İstintaq Təcridxanasında nümayəndə heyətinə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib, kameralar, tibb-sanitar hissəsi, kitabxana və digər bölmələrə baxış keçirilib.
Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzi ilə də yaxından tanışlıq olub.
Səfərin sonunda iki ölkənin qanunvericiliyi və beynəlxalq aktların müddəaları əsasında müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















