Sloveniya klubu heyətinin dəyəri özündən 8 dəfə çox olan klubu darmadağın edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 8 avqust, AZƏRTAC
UEFA Avropa Liqasında “Sabah”ı məğlub edərək mübarizədən kənarlaşdıran Sloveniyanın “Selye” komandası Konfrans Liqasının III təsnifat mərhələsində sensasiyalı nəticəyə imza atıb.
AZƏRTAC xəbər verir ki, Albert Rieranın baş məşqçisi olduğu kollektiv bu raundun ilk matçında İsveçrədə “Luqano”ya 5 cavabsız qolla qalib gəlib.
Görüşdən sonra sosial şəbəkələrdə iki klubun heyəti arasında qiymət fərqi müzakirə mövzusuna çevrilib. “Transfermarkt”ın məlumatına əsasən, “Selye”nin heyətinin dəyəri 9,23 milyon avro, “Luqano”nun isə 71,03 milyon avro təşkil edir.
Sloveniya klubu III təsnifat mərhələsini adlayacağı təqdirdə, pley-offda “Banik Ostrava” (Çexiya) – “Austria” (Vyana, Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, “Selye” Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ı iki oyunun nəticəsinə (3:2, 3:3) əsasən məğlub edib. Növbəti raundda isə Kiprin AEK klubuna uduzaraq, Konfrans Liqasına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















