Icma.az
close
up
RU
Şlyapa Zahid i bankdan milyonlar götürməyə kim məcbur edib?

Şlyapa Zahid i bankdan milyonlar götürməyə kim məcbur edib?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin sabiq əməkdaşı, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyonluq mənimsəmə ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə "R.S" tikinti şirkətinin şöbə müdiri Yalçın Ələkbərov ifadə verib.

"Müqavilə əsasında Müdafiə Nazirliyinin hərbi hissəsində yataqxana tikdik. Lakin bunun qarşılığında bizə 440 min manat pul ödənildi. Pulumuzun qalan hissəsini güclə aldıq. Bununla bağlı baş nazirin müavininin qəbulunda olduq. Sonra məhkəməyə müraciət etdik və qalib gəldik. Bizə iki milyon dollar ödənildi. Mən təqsirləndirilən şəxsi tanımıram, onu internetdə görmüşəm. Şirkət rəhbəri H.L. isə İngiltərədə yaşayır. Bu ay Azərbaycana gəlməsi gözlənilir".

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadəsi arasında ziddiyət olduğundan məhkəmədə ilk ifadəsi elan olunub.

İfadədə bildirib ki, müqavilənin dəyəri yeddi milyon dollar dəyərində olub və onlar hərbi hissədə yataqxana tikiblər.

Daha sonra Zahid Niftəliyevin vəkili məhkəməyə vəsatət təqdim edərək müvəkkilinin "Ata Bank"ın inzibati binasına kiminsə göstərişi ilə getdiyini qeyd edib.

"Onu ora kim göndərib? Mahir Rəfiyev? Həmin ərəfədə 682 min və 625 min manat faiz borcu ödənilib. Mən 2015-ci il 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı il 25 fevral, 7 mart, 15 iyun, 24 iyun, 30 iyul, 22-27-29 dekabr tarixlərində telefon danışıqlarının əhatə dairəsinin müəyyən edilməsi üçün "Azercell" MMC-yə sorğu verilməsini xahiş edirəm".

Vəsatətə mayın 7-də növbəti prosesdə baxılacaq.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "ATABank"dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb. Şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "Ata Bank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "Ata Bank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri