Smart TV lərin DONMA SƏBƏBLƏRİ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Smart TV-də videoların donması və gecikmələr həmişə internet sürətinin aşağı olması ilə bağlı deyil.
Bakıvaxtı.az xəbər verir ki, "XDA" portalının müəllifi Part Şah televizorun işini yaxşılaşdırmaq üçün bir neçə üsul təklif edib.
Müəllif ilk növbədə televizorun 5 GHz Wi-Fi şəbəkəsinə qoşulmasını yoxlamağı məsləhət görüb. Onun sözlərinə görə, 2,4 GHz diapazonunda işləyən şəbəkə çoxsaylı ev cihazlarının qoşulması səbəbindən yüklənə bilər.
Digər vacib məqam isə Wi-Fi siqnalının gücüdür. Şah routeri mebellərlə dolu küncdən daha açıq və hündür yerə köçürüb. Çünki divarlar, mebel və cihazların yerləşməsi siqnalın keyfiyyətinə təsir göstərə bilər.
Televizorun işini yaxşılaşdırmaq üçün video tətbiqlərinin keş yaddaşını təmizləmək də tövsiyə olunur. Bu addım müvəqqəti faylları silərək tətbiqlərdə yaranan bəzi problemləri aradan qaldıra bilər. Bununla belə, keşin təmizlənməsi internet sürətini artırmır.
Müəllif, həmçinin televizorun əməliyyat sistemini və tətbiqlərini yeniləməyi məsləhət görüb. Yeniləmələr proqram təminatındakı xətaların aradan qaldırılmasına kömək edə bilər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Oktyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















