Smartfon asılılığına qarşı qeyri adi aksesuar hazırlandı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Matter Neuroscience" şirkəti 3 kq ağırlığında telefon örtüyü buraxıb.
Oxu.Az androidauthority.com-a istinadən xəbər verir ki, şirkət bu qeyri-adi aksesuar vasitəsilə insanları smartfon asılılığından və sosial şəbəkələrdə xeyli vaxt keçirməkdən xilas etməyi planlaşdırır.
Örtük paslanmayan poladdan hazırlanıb. İstehsalçılar iddia edirlər ki, ağır smartfonu daim tutmaqdan yaranan fiziki yorğunluq "bədən və ağlın əks əlaqəsi"ni formalaşdırır. Eyni zamanda, örtük asanlıqla çıxarıla bilməz, çünki dörd vintlə bərkidilib.
Aksesuarın forması qəsdən əlverişsiz hazırlanıb, buna görə də smartfon cibə yerləşmir, lakin telefonun bütün funksionallığını tam saxlayır. Örtük "iPhone 13"dən başlayaraq bir neçə "iPhone" modelinə uyğun gəlir.
Qiyməti 209 dollardır.
Baxış sayı:78
Bu xəbər 27 Oktyabr 2025 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















