Icma.az
close
up
RU
Sobaya ehtiyac yoxdur: Qazanda 10 dəqiqəyə şokoladlı sufle

Sobaya ehtiyac yoxdur: Qazanda 10 dəqiqəyə şokoladlı sufle

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Soba istifadə etmədən də sufle ləzzətini dadmaq istəyənlər üçün buxarda bişən, kənarları yüngül qabarmış, içi isə yumşaq və axan şokoladlı bu praktik şirniyyat əsl xilaskardır. Xüsusilə ani şirniyyat istəklərində və ya qəfil qonaq gəldikdə cəmi 10 dəqiqəyə hazır olur.

Milli.Az xəbər verir ki, bu üsulda fincanlar qaynar suyun içinə yerləşdirilir və buxar vasitəsilə bişirilir. Nəticədə şokolad ətri kəskin olan, süngərvari teksturaya malik mükəmməl bir şirniyyat alınır.

Lazım olan məhsullar

Məhsul Miqdar Toz şəkər 1 çay stəkanı Yumurta 1 ədəd Bitki yağı 1 çay stəkanı Süd 1 çay stəkanı Un 1 su stəkanı Kakao 2 yemək qaşığı Vanil 1 paket Qabartma tozu 1 tatlı qaşığı Tünd şokolad 80 qram Üzəri üçün:   Şəkər pudrası 1/2 çay stəkanı

Suflenin yaxşı qabarması üçün təzə və otaq temperaturunda olan yumurta seçin. Şəkərlə çırpıldıqda daha yaxşı köpürür.

İçinin axan və tünd şokolad dadlı olması üçün kakao miqdarı yüksək (60% və daha çox) olan tünd şokoladlara üstünlük verin.

Təzə və topaqlanmamış kakao istifadə edin. Əlavə etməzdən əvvəl ələmək qarışığın hamar olmasını təmin edər.

Addım-addım hazırlanma qaydası
Dərin bir qabda yumurta və şəkəri köpüklənənə qədər yaxşıca qarışdırın.

Əvvəlcə bitki yağını əlavə edib qarışdırın, sonra südü tökərək hamar bir kütlə alınana qədər davam edin.

Un, kakao, vanil və qabartma tozunu birlikdə ələyərək qarışığa qatın.

Topaq qalmayacaq şəkildə çırpın; axan, lakin düzgün konsistensiyalı xəmir əldə edin.

Xəmiri fincanlara tökün. Fincanları tam doldurmayın, yarısından bir az çox olması kifayətdir ki, qabarma payı qalsın.

Tünd şokoladı parçalara ayıraraq fincanların mərkəzinə qoyun (istəsəniz bir az içinə doğru sıxa bilərsiniz).

Qazanda qaynatdığınız suyun içinə fincanları ehtiyatla qoyun. Su səviyyəsi fincanların yarısına qədər gəlməlidir.

Qazanın qapağını bağlayın və sufleləri buxarda 10 dəqiqə bişirin.

Qapağın altındakı buxar damcılarının suflenin üzərinə tökülməməsi üçün qapağın iç hissəsinə təmiz mətbəx dəsmalı sərib sonra bağlayın.

İsti halda üzərinə şəkər pudrası səpin və gözləmədən süfrəyə verin.

Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Yanvar 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri