Icma.az
close
up
RU
Sobçak Rövşən Məmmədovu hədəfə aldı Video

Sobçak Rövşən Məmmədovu hədəfə aldı Video

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın tanınmış telejurnalisti və ictimai fiquru Ksenya Sobçak Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədovu xüsusi hədəfə gətirib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Sobçak öz verilişində Rövşən Məmmədovun Rusiya Prezidenti Vladimir Putin haqqında səsləndirdiyi sərt tənqidi fikirləri manipulyativ şəkildə təqdim edərək, onu guya Rusiya-Azərbaycan münasibətlərini pozan əsas fiqur kimi göstərib. Əslində isə Ksenya Sobçak Rusiyanın siyasi elitasına çox yaxın şəxs hesab olunur.

O, SSRİ-nin süqutu dövründə Sankt-Peterburqun (o vaxtkı Leningrad) ilk seçilmiş meri olmuş, demokratik proseslərdə və yeni Rusiya Konstitusiyasının hazırlanmasında əsas rollardan birini oynamış Anatoli Sobçakın qızıdır. Vladimir Putin məhz Anatoli Sobçakın komandasına daxil olmaqla siyasi fəaliyyətə başlayıb, əvvəlcə onun hüquqi müşaviri, sonra isə müavini olub, illərlə Sobçakın ən yaxın adamı kimi fəaliyyət göstərib. Sobçak haqqında dəfələrlə səslənmiş məlumatlara görə, Moskva prokurorluğu Anatoli Sobçakı təqib etdiyi zaman Vladimir Putin ona ölkədən təhlükəsiz çıxmağa şərait yaradıb. Bütün bunlar Ksenya Sobçakın yalnız müstəqil və guya sərt tənqidçi obrazı yaratmaqla kifayətlənmədiyini, əksinə, Kremlin ən yaxın çevrəsi ilə sıx tellərlə bağlı olduğunu bir daha təsdiqləyir. Elə bu səbəbdən də analitiklər onun AzTV sədrinə qarşı belə aqressiv və yönləndirici mövqe sərgiləməsini Kremlin dolayısı ilə Azərbaycana təzyiq mexanizmi kimi dəyərləndirirlər.

Ekspertlər hesab edirlər ki, Putinin “kripto propaqandisti” sayılan və hətta bəzən liberal mövqe sərgiləməyə çalışsa da, əslində Kremlin strateji tapşırıqlarını yerinə yetirdiyi şübhə doğurmayan Ksenya Sobçakın bu dəfə hədəfinə Azərbaycan televiziyasının rəhbərini gətirməsi təsadüfi deyil və planlaşdırılmış informasiya kampaniyasının tərkib hissəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 İyul 2025 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri