Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Şöbə müdiri 1ci Vitseprezidentə müraciətində xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi...

Şöbə müdiri 1ci Vitseprezidentə müraciətində xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə...” - Heydər Əliyev

Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, “Dördyol-1” qəsəbəsi, ev 1231 ünvanında yaşayan keçmiş məcburi köçkün Sadıqova Mətanət Əli qızı Moderator.az redaksiyasından Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı şikayət ərizəsinin ictimailəşdirilməsini xahiş edib.

Hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsini nəzərinizə çatdırırıq:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım!

Bildirirəm ki, mən, Sadıqova Mətanət Əli qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiriyəm. İxtisasca ginekoloqam.

Nəbiyev Canalı Xanəli oğlu Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru vəzifəsinə təyin olunduğu gündən mənim öz vəzifələrimi yerinə yetirməyimə, yəni, əhalimizə effektiv tibbi xidmət göstərməyimizə süni şəkildə əngəllər yaradılaraq qərəzli şəkildə maneçilik törədilir. Belə ki, bizim şöbəmiz uzun illərdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsindəki binada yerləşmiş və həmin binada vətəndaşların sağlamlığının qeydinə qalınması üçün hər cür şəraitimiz olmuşdur. Hazırda isə, yeni direktor tərəfindən bizim şöbəmiz məcburi qaydada Quzanlı qəsəbəsindən 10 km məsafədə yerləşən Xındırıstan kəndinə köçürülüb. Yeni köçürüldüyümüz yerdə isə ayaqyolumuz, stulumuz və tibbi avadanlıqlarımız belə, yoxdur. Bizə müraciət edən xəstələr də şəraitsizliyimizdən və onlara göstərilən tibbi xidmətlərdən narazı qalırlar. Qeyd edilən halların baş verməsi Nəbiyev Canalı Xanəli oğlunun qanunsuz əməllərinin nəticəsidir.

Hörmətli Mehriban xanım

Bu illər ərzində köçkün həyatı yaşayan, itkilərə uğrayan, əzab-əziyyət çəkmiş yoxsul rayon sakinləri həmişə belə qeyri-münasib vəziyyətlərə biganə qalmayıb. 

Hörmətli prezidentimiz cənab İlham Əliyev həmişə deyir ki, “Biz xalqa xidmət göstərməliyik.” Ağdam rayonunda baş verən bu vəziyyət isə göstərir ki, direktor Nəbiyev Canalı Xanəli oğlu nəinki Ağdam əhalisinə kömək etmək üçün fəaliyyət göstərmir, əksinə, əhalimizi incidən amillər törədir.

Hörmətli Mehriban xanım, düzdü, bizim Ağdam rayonundakı faciəmizin başında erməni işğalçıları durur. Ağdam rayonu 30 il bundan əvvəl işğala məruz qalmışdı... Amma Ali Baş Komandanın uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra da öz rəhbər işçilərimiz tərəfindən haqsızlıqlara, təhqirlərə məruz qalmağımız daha ağırdır...  

Belə ki, xəstəxanının direktoru Nəbiyev Canalı Xanəli oğlu əksəriyyəti tibb mütəxəssisləri olmayan 10 nəfərdən ibarət tərkibdə keçirdiyi iclas zamanı qarşı cinsin nümayəndələrinin qarşısında mənə- Azərbaycan xanımına “qarnını aç və bizə göstər görüm, sən nədən əməliyyat olunmusan” deyə məni təhqirə məruz qoyub. Mən belə açıq formada müraciət etdiyimə görə Sizdən üzr istəyirəm, amma buna məcburam. Ona görə ki, düşdüyüm vəziyyəti ancaq bu formada izah edə bilirəm. Təsəvvür edin ki, Canalı həkimin həyat yoldaşı hər hansı bir təşkilatda çalışır və mənə qarşı edilən bu tərbiyəsizlik onun başına gəlir. Bu halda Canalı həkim öz həyat yoldaşının alçaldılması ilə  razılaşardımı?!

Bildirirəm ki, mən səhhətimlı bağlı əməliyyat keçirtmişəm və Nəbiyev Canalı Xanəli oğlu bir çox xəstəxanalara məcburi olaraq mənim müalicə məqsədilə xəstəxanaya qəbul edilməməyim barədə xahiş və tələb irəli sürmüşdür.

Məsələyə hüquqi cəhətdən yanaşdıqda, Ağdam rayonu üzrə əhalinin sağlamlığının qorunması sahəsində işin təşkilinə cavabdeh olan vəzifəli şəxsin- direktorun hansısa bir  vətəndaşın sağlamlığının qorunması və tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya müalicə üçün qəbul edilməməsi ilə bağlı xəstəxanalara yazılı göstəriş verməsi, onun özünün vəzifə səlahiyyətlərini aşmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edir. Direktorun belə bir məktubu həm də əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifəsinin yerinə yetirilməsinə qarşı yönəlmiş göstəricidir.

Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitarıya və tibbi-sosial yardıma təminat verir. Nəbiyev Canəli Xanəli oğlu isə yazdığı məktubu ilə dövlət tərəfindən vətəndaşa tibbi yardım sahəsində verilən təminatlara qadağa qoyur. Bu qadağanın səbəbi isə tibbi yardıma ehtiyacı olan şəxs - mənim, həkim olmaqla Ağdam Rayon Mərkəzi Xəstəxanasında Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində işləməyimdir. Mənim müalicə müəssisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır. Direktor məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəssisəsinə qəbul edilməməyimi tələb edir. Bu isə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən öz maraqları naminə istifadə etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vurmasıdır.

Sağlamlığın qorunması hüququ, yəni müalicəyə ehtiyacı olan şəxsin müalicən müəssisəsinə qəbul olunaraq müalicə alma hüququ Konstitusiya ilə müəyyən edilir. Bu hüququ mənim əlimdən heç kim ala bilməz. Odur ki, direktorun da sözügedən əməli Konstitusiyaya və qanunlara ziddir.

Yuxarıda qeyd etdiyim kimi, mənim müalicə müəssisəsinə qəbuluma qoyulan qadağa bilavasitə qulluq mövqeyim ilə bağlıdır. Nəbiyev Canəli Xanəli oğlu məni həmin vəzifədən azad etmək üçün mənə münasibətdə ayrı-seçkilik edərək, müalicə almağım üçün müalicə müəssisəsinə qəbul edilməməyimi tələb edir, o mənim hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabərlik hüququmu pozur. Həmin hərəkətlər isə vəzifəli şəxs kimi Direktor tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həyata keçirilmişdir. Mənim müalicə müəssisəsinə qəbul olunmamağım hüquq və qanuni mənafelərimə zərər vurmaqla bərabər hüququmu pozmuşdur. Ona görə də direktor- Nəbiyev Canəli Xanəli oğlu cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bundan əlavə, hesab edirəm ki, Nəbiyev Canəli Xanəli oğlunun hər hansı bir iclasda, yaxud həkim ekspert komissiyasında məni müayinəm edərkən mənim cinayət və ya cinayət xarakterli əməllər törətməyimi səsləndirilməsi böhtandır və bu, onu səsləndirən şəxs barəsində cinayət məsuliyyəti yaradır.

Hörmətli Mehriban xanım, həkim ekspert komissiyasının mənim əmək qabiliyyətliliyimi təxminən 10 nəfərin otaqda olduğu vaxt yoxlayarkən direktor Nəbiyev Canəli Xanəli oğlu mənim “əməliyyat olunmağım vacib olan insan” olmadığımı bildirmiş, məcburən mənim əməliyyat olunduğum yeri açıb göstərməyimi tələb etmiş, ixtisasca həkim olmayan digər insanların yanında məni yaramı göstərməyə məcbur edərək məni alçaltmışdır. Bu faktın özü də ləyaqətin alçaldılması, təhqir kimi qəbul edilməlidir.

Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev cənablarının gözəl bir ifadəsi vardır: dövlət iki şeydən sarsıla bilər: “günahkar cəzasız qalanda və günahsıza cəza

veriləndə”. Bu hikmətli ifadənin hazırkı dövrümüzdə də hüquqi dövlətimizdə icra ediləcəyi ən böyük ümidimdir.

Hörmətli Mehriban xanım, həmçinin bilavasitə sizə müraciət etməkdə məqsədim odur ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Nəbiyev Canəli Xanəli oğlu həmin bölgədə çox insanların hüquqlarına təcavüz edir və gələcəkdə də edəcəkdir. Onun bu qanunsuz əməlləri Ağdam sakinlərinin normal tibbi yardım almaq hüquqlarından məhrum edir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, bu məsələnin ciddi şəkildə araşdırılmasını, direktor Nəbiyev Canəli Xanəli oğlu barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,

Sadıqova Mətanət Əli qızı   

Tel: 055-700-42-32

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri