Soboslainin Ardaya cavabı gecikmədi FOTO
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən Türkiyə yığması Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla qarşılaşıb.
Apasport.az xəbər verir ki, Arda Gülerin Dominik Soboslaiyə etdiyi jest matçdan sonra gündəm olub.
"Real"ın futbolçusu rəqibə "sus" işarəsi edib.
Dominik Soboslainin Arda Gülerə cavabı isə gecikməyib. O, matçdan sonra həmin anın fotosunu paylaşan səhifənin rəy bölməsinə "1088" yazıb.
Bu rəqəm türkiyəli yarımmüdafiəçinin bu mövsüm "Real"da oynadığı dəqiqə sayıdır.
Qeyd edək ki, görüş "ay-ulduzlular"ın qələbəsi ilə nəticələnib - 3:0.


Rusiyanın Paşinyana cavabı gecikmədi
05 Dekabr 2024 14:00
İsrailin Krallığa cavabı gecikmədi
30 İyul 2025 05:00
Vinisiusun Siti azarkeşlərinə cavabı gecikmədi
12 Fevral 2025 13:32
İmanovun Şərurlu İsfəndiyara cavabı gecikmədi Video
07 Aprel 2025 18:19
Almaniyanın bu qərarına Rusiyanın cavabı gecikmədi
27 Noyabr 2024 20:42

