Icma.az
close
up
RU
“SOCAR AQŞ”nin keçmiş baş direktoru ilə bağlı HÖKM: 14 il həbs verildi

“SOCAR AQŞ”nin keçmiş baş direktoru ilə bağlı HÖKM: 14 il həbs verildi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsində məhkəmə hökmü elan olunub.

Bakupost.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" yazıb.

O, 54 milyon manatlıq mənimsəməyə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bir ildən artıq davam edən proses Bakı Ağır Cinayətlər Məhkəməsində sentyabrın 8-də yekunlaşıb.

Məhkəmənin hökmünə əsasən, R.İsayev Azərbaycan Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib.

İsayevin yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı daşınmaz əmlak, həmçinin həbs zamanı götürülən milyonlarla ABŞ dolları nağd pul dövlət nəfinə müsadirə olunub. Bu əmlakların satışından əldə ediləcək vəsait onun üzərinə qoyulmuş mülki iddiaların ödənilməsinə yönəldiləcək. Sənədlərdə göstərilən əmlaklar sırasında “Sea Breeze” yaşayış kompleksində villa, paytaxtın mərkəzində mənzil və digər obyektlər var.

Cinayət işi üzrə “SOCAR-AQŞ” MMC, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC zərərçəkmiş kimi tanınıb.

İttihama görə, sabiq direktor uzun müddət qohum və tanışlarını formal olaraq işə götürərək onlara yüksək əməkhaqqı yazıb, müxtəlif şəxslərin adına şirkətlər yaradaraq tenderlərdə qalib elan edib. Bu sxemlər vasitəsilə dövlət büdcəsindən milyonlarla manat vəsaitin mənimsənildiyi qeyd olunur. İş materiallarında onun həyat yoldaşı, qardaşı, bacısı övladları və digər yaxınlarının adları da keçir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri