SOCAR: Azərbaycanda geotermal mənbələrin inkişafı sahəsində böyük işlərin görülməsi planlaşdırılır
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda geotermal mənbələr hesabına elektrik enerjisi istehsalının daha fəal şəkildə inkişaf etdirilməsi planlaşdırılır.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində bildirib.
Onun sözlərinə görə, quruda külək və günəş enerjisi sahəsində imkanlardan fəal şəkildə istifadə edilir, lakin burada potensial investisiyalar və layihələr üçün hələ də çoxlu imkanlar var.
"Azərbaycanın strateji mövqeyi bizə Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya "yaşıl enerji"ni ötürməyə imkan verir. Qarşıda çoxlu imkanlar var. Məsələn, biz ofşor sahədə inkişafı nəzərdən keçirməyə başlayırıq. Dəniz külək enerjisi artıq inkişaf edir. Günəş enerjisi inkişaf prosesindədir. Təxminən 157 GVt olan ofşor enerji potensialı hələ istifadə edilməyib", - Ə.İsayev bildirib.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, geotermal enerjidən də hələ istifadə olunmayıb.
"Biz bəzi tərəfdaşlarımızla əməkdaşlığa başlamışıq. Gələcəkdə geotermal mənbələrlə elektrik enerjisinin istehsalı sahəsində daha çox iş görüləcək. Orada da böyük potensial var. Gəlin hidroakkumulyasiya elektrik stansiyaları haqqında danışaq. Burada, xüsusilə də azad edilmiş ərazilərdə böyük perspektivlər var", - Ə. İsayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















