SOCAR bu yollarla işçi sayını azaldır Hüquq müdafiəçisi
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə ölkə qanunvericiliyinə zidd olan imtahanlar vasitəsilə işçilərin sayını azaltmağa cəhd edilir. Bu tamamilə qanun pozuntusudur.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, tamamilə qanunsuz olan bu imtahanlarla işçilərin sayını azaldırlar:
“İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə, tutduğu vəzifəyə (peşəyə) uyğun olması yalnız Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilmə və əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar illik qiymətləndirmə əsasında müəyyən edilə bilər. Əmək münasibətləri dövründə işçilərin peşəkarlığının digər vasitələrlə, o cümlədən, hər hansı bir imtahan, test, müsahibə və sair vasitələrlə müəyyən edilməsi, bu əsaslarla işdə saxlanılması, başqa işə keçirilməsi və ya əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır”.
Nigar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















