Icma.az
close
up
RU
SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir

SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün yataqların idarə olunmasını tam rəqəmsal modellərə keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı-2025" çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, SOCAR böyük və kiçik bütün yataqları tam struktur modellər, simulyasiya sistemləri və sahə inkişaf planları əsasında idarə etməyə qərar verib.

M.Seyidov bu yanaşmanın şirkətin məlumat əsaslı qərarvermə modelinə keçidinin əsas mərhələsi hesab olunduğunu deyib:

"Hər bir yataq üçün struktur modellər, statik və dinamik simulyasiyalar hazırlanacaq. Qərarlarımız yalnız real məlumatlara söykənəcək. Fundamental məlumat etibarlılığı təmin edildikdən sonra süni intellekt kimi daha qabaqcıl mərhələlərə keçəcəyik".

SOCAR nümayəndəsi əlavə edib ki, şirkət uzun illər çox məhdud məlumatla yataqları idarə etsə də, çətin şəraitdə belə yüksək nəticələr əldə edə bilib:

"SOCAR az məlumatla işləməyi bacaran və bu mühitdə dayanıqlılıq göstərən bir şirkətdir. Lakin indi əsas məsələ düzgün sualı tapmaq və cavablandırılması vacib olan qeyri-müəyyənlikləri müəyyənləşdirməkdir", - o deyib.

Onun sözlərinə görə, SOCAR artıq "az məlumatdan - daha çox məlumata" keçid mərhələsindədir, lakin nə geniş büdcə, nə də əməliyyat imkanları bütün sahələr üzrə böyük həcmli məlumat toplamağa imkan verir:

"Hər bir monitorinq və məlumat toplama prosesi konkret qərarı dəstəkləməlidir. Hər bir məlumat nöqtəsinin bir cümləlik məqsədi olmalıdır. Əgər bu cümlə aydın deyilsə, həmin məlumatı toplamağa ehtiyac yoxdur".

M.Seyidov qeyd edib bildirib ki, SOCAR qərar yönümlü məlumat toplama və məlumat yönümlü qərarverməni paralel şəkildə tətbiq etməyə başlayıb:

"Bizim üçün əsas olan qərara əsaslanan məlumat toplamaq və toplanmış məlumata əsaslanan qərar verməkdir. Hər bir məlumat isə yalnız toplandığı məqsədə uyğun istifadə olunmalıdır".

O əlavə edib ki, SOCAR paralel olaraq laboratoriyaları, seysmik emal proseslərini və nümunə analiz mərkəzlərini də gücləndirir:

"Hədəfimiz bütün yataqların idarə olunmasını vahid rəqəmsal ekosistemə keçirməkdir. Bu, həm qərarların dəqiqliyini artıracaq, həm də əməliyyatların dayanıqlığını yüksəldəcək".

Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri