SOCAR Dalğıc və ADY dövlət müəssisələri arasında qeyri neft qaz ixracı üzrə top10 a daxil olub
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (211,6 milyon ABŞ dolları) məxsus olub.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (129 milyon ABŞ dolları), "AzerGold" QSC (100,3 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (67 milyon ABŞ dolları), SOCAR-ın Qaz İxrac İdarəsi (34,5 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (19,4 milyon ABŞ dolları), "SOCAR-Dalğıc" MMC (1,9 milyon ABŞ dolları), "Azərbaycan Dəmir Yolları" QSC (ADY, 1,5 milyon ABŞ dolları), Prezidentin İşlər İdarəsinin tabeliyindəki “İstisu Mineral Su Zavodu” MMC (562,4 min ABŞ dolları) və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (423,1 min ABŞ dolları) qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Avqust 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















