Icma.az
close
up
RU
SOCAR gəlirlərini və mənfəətini açıqladı RƏQƏMLƏR

SOCAR gəlirlərini və mənfəətini açıqladı RƏQƏMLƏR

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aparılan struktur islahatları, bazar mövqeyini gücləndirəcək satınalmalar və investisiyalar, eləcə də xərclərin optimallaşdırılması sayəsində 2024-cü ili müsbət nəticələrlə başa vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, ötən il ərzində bir sıra uğurlu biznes satınalma əməliyyatlarını icra edən SOCAR “Cənub Qaz Dəhlizi” QSC-də və STAR Neft Emalı Zavodunda mərhələli satınalınma, “Umm Lulu”, “SARB”, “Bin Nasher” və “Al Bateel” konsessiyasında pay alışı, “Azər-Türk Bank” ASC-nin satınalınması, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əlavə payın satınalınması və “Azərkontrakt” ASC-nin SOCAR-a ötürülməsi əməliyyatlarını həyata keçirib. Toyuqlu pizza

Uğurlu islahatların və biznes birləşmələrinin nəticəsi olaraq hesabat ilində SOCAR-ın ümumi aktivlərinin həcmi 31,6 % genişlənərək 94,7 milyard manata çatıb, şirkətin cəmi kapitalı da əhəmiyyətli şəkildə möhkəmlənərək 39,6%-lik artımla 48,7 milyard manata yüksəlib.

SOCAR-ın kredit öhdəlikləri 2023-cü il ilə müqayisədə 2,0 milyard manat azaldılıb, lakin yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard AZN kredit öhdəliyi SOCAR-ın mövcud kredit öhdəliklərinə əlavə olunub. Həmçinin 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq, 2,9 milyard manat artıb. Ümumilikdə düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını çıxmaqla SOCAR-ın kredit öhdəliyi 7,8 milyard manat, birgə müəssisələri nəzərə almaqla isə 10,6 milyard manat azalıb. Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit öhdəlikləri (milyard manatla) və Borc/EBITDA göstəricisi ilə bağlı məlumat təqdim olunur.

SOCAR-ın digər uzunmüddətli borc öhdəlikləri də nəzərə alındıqda isə ümumilikdə son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla SOCAR-ın kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələri də nəzərə almaqla isə 11,9 milyard manat azalıb.

Aşağıda 2021–2024-cü illəri əhatə edən dövr üçün kredit və uzunmüddətli borc öhdəlikləri ilə bağlı məlumat təqdim olunur (milyard manatla).

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2024-cü il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri