SOCAR Hindistanın ONGC, MRPL şirkətləri ilə enerji əməkdaşlığını genişləndirir
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hindistanın “Mangalore Refinery and Petrochemicals Limited” (MRPL) və “Oil and Natural Gas Corporation Limited” (ONGC) şirkətləri ilə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MoU) imzalayıb.
Bu barədə “Report” ONGC-yə istinadən məlumat verir.
Memorandum Hindistan Enerji Həftəsi çərçivəsində imzalanıb və tərəflər arasında strateji imkanların araşdırılmasını nəzərdə tutur. Razılaşma xam neft və mayeləşdirilmiş təbii qazın tədarükü, neft məhsullarının satışı və tədarükü, ticarət imkanlarının öyrənilməsi, eləcə də bilik mübadiləsi yolu ilə potensialın artırılması kimi əsas istiqamətləri əhatə edir.
ONGC qeyd edib ki, bu tərəfdaşlıq şirkətin Azərbaycanın neft-qaz sektorunda, xüsusilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrində iştirakını gücləndirəcək.
“Anlaşma memorandumu ONGC və MRPL-in qlobal enerji bazarındakı iştirakını genişləndirməyə, eyni zamanda Hindistan və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirməyə imkan verəcək”, - deyə şirkət bildirib.
Qeyd edək ki, hazırda “ONGC Videsh” Azərbaycanda AÇG layihəsində 2,92 %, BTC neft kəmərində isə 3,1 % paya malikdir. 1988-ci ildə təsis edilmiş MRPL isə ONGC-nin törəmə şirkəti olaraq Manqalorda neft emalı zavodunu idarə edir.
Baxış sayı:143
Bu xəbər 14 Fevral 2025 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















