Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

SOCAR ın İtaliyada aldığı şirkət Azərbaycana nə qazandıracaq?

SOCAR ın İtaliyada aldığı şirkət Azərbaycana nə qazandıracaq?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Əməliyyatın ənənəvi bağlanış şərtlərindən və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq, 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir. Saziş SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir.

“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtkü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.

Şirkət təcrübəli yerli idarəçi komanda və təhlükəsizlik, uyğunluq və səmərəliliyə diqqəti ilə tanınan peşəkar işçi heyəti tərəfindən idarə olunur, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiyaya sahibdir.

Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirib ki, SOCAR-ın xaricdə əldə etdiyi gəlir, daxillə müqayisədə daha çoxdur:

"Hamıya elə gəlir ki, SOCAR-ın və hökumətin bütün düşüncəsi Azərbaycanda yerin altında nə varsa onu satmağa yönəlməlidir. Yəni bununla da ölkəyə pul gəlməlidir. Şükürlər olsun ki, Azərbaycan XXI əsrdə böyük səhvlər etmir.  Biz kərpici kərpicin üzərinə qoyaraq, böyük sürətlə olmasa da, özümüzə uyğun şəkildə yüksələ bilirik. Biznesimizi, ölkəmizin imkanlarını genişləndirir və ətrafdakılardan seçilirik. Çünki biz geriyə yox, irəli gedir və yuxarı qalxırıq.

Azərbaycanda 1948-ci ildən sənaye üsulu ilə neft çıxarılır. Neft və qaz tükənən sərvətlərdir. Tükənməyən insanların bilik-bacarığı və onu kapitala çevirmək bacarığıdır. Bəli, çox insanlarda bilik də, bacarıq da var, amma əksəriyyəti bunu kapitala çevirə bilmir, pessimizmə qapılırlar. Yəni biz ulduz kimi XXI əsrdə Cənubi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrikada  texnoloji və kommersiya gəlirliyinə görə, heç bir analoqu olmayan zavod tikə bildik. 

SOCAR-ın hər il dərc etdiyi maliyyə göstəricilərinə baxmaq lazımdır. Həmin maliyyə hesabatına diqqət yetirəndə görürük ki, Türkiyədəki biznesi SOCAR-a nə qədər gəlir gətirir. Digər yandan axı, insanlar onu da bilməlidir ki,  SOCAR-ın xaricdəki gəlirləri daxildəkindən çoxdur".

İ.Şaban vurğulayıb ki, İtaliyada alınan zavodun məqsədi orada məhsul istehsal edib gətirib burada 1 manat 10 qəpiyə satmaq deyil:

"Onun daşınmasına nə qədər vəsait  xərcləmək lazımdır. İtaliya bazarı neft məhsulları baxımından şimali Avropadan sonra Qərbi Avropanın ən bahalı ölkəsidir. İtaliya yanacağının 1 litri heç vaxt 2 dollardan aşağı olmayıb. 2 dollar 3 manat 40 qəpikdir. Söhbət benzindən gedir. Fərqi görürsünüz? Düzdür, yayılan press-relizdə onun qiyməti yox idi. Hələ 1 ay öncə Qərb mətbuatına sızan məlumatlarda qeyd edilir ki, 3 milyard dollarlıq investisiya tələb olunur.

Yenə kimsə başını tutub deyəcək, “pulumuzun olmadığı vaxtda 3 milyardı hara verirlər?”. Heç vaxt məsələyə belə yanaşmaq olmaz. 10 milyon ton emal gücü olan zavodu sıfırdan tikmək 10 milyard dollar tələb edir. SOCAR təkcə İtaliyada iki zavod almır. Bu şirkətin 4500 yanacaqdoldurma məntəqəsi var. Biz indiyə kimi Avropada ən böyük şəbəkəni 2012-ci ilin sonunda İsveçrədə almışdıq, onun 170 yanacaqdoldurma məntəqəsi vardı. Yəni indiki vəziyyətdə birdən-birə həm xammal, həm emal, həm də satış zənciriyi yaradırıq.

İnsanlarda yenə sual yaranır “bizim neftimiz varmı, qurtarır axı”. Ey insanlar, Türkiyədə pambıq varmı? Var, amma çox azdır. Türkiyə o pambığı haradan alır - Mərkəzi Asiyadan, Banqladeşdən tutmuş Afrikaya qədər ərazilərdən. Ancaq Türkiyə Avropada İtaliyadan sonra ikinci tekstil ölkəsidir. Dünyada bir gündə 103 milyon barrel neft çıxarılır. Bazarda kifayət qədər neft var. Kiminlə sənin biznes əlaqələrin güclüdürsə, onun təminatını problemsiz həll edirsən, əlavə dəyər yaradırsan ki, onun da bir hissəsi Azərbaycana mənfəət şəklində daxil olacaq. Şirkətimiz də böyüyəcək. Adicə Malaziyanın “Petronas” şirkətinə baxsaq, Türkmənistanda işləyirdi, gəldi, Azərbaycanda layihələrə qoşuldu. Həmin şirkət Malaziyanın nefti azalandan sonra dünyanın 22 ölkəsində özünün biznesini qurdu. Hər il "Formula 1" üzrə Azərbaycan Qran-prisində bolidlərin üzərində “Shell”, “Exxon” kimi şirkətlərlə yanaşı “Petronas”ı da görürsünüz. Mən arzulayıram ki, bolidlərin üzərində Monokada keçirilən yarışlarda SOCAR yazılsın".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri