SOCAR ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Uzbekneftegaz"ın birgə əməkdaşlığı ilə yaradılmış “Üstyurt” Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, layihə komandalarının üzvləri, eləcə də layihənin ərsəyə gəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda “Üstyurt” Əməliyyat Şirkətinin geoloji-kəşfiyyat potensialının inkişafına, bu sahədə qabaqcıl texnologiyaların tətbiqinə və regionun enerji dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Bildirilib ki, şirkətin yaradılması və ofisin açılması Azərbaycan və Özbəkistan arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir. İki ölkə başçısının siyasi iradəsi və ali dövlət səviyyəsində dəstək bu kimi mühüm layihələrin həyata keçirilməsi və onların uğurlu icrasına zəmin yaradır.
Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.
Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktiv əməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzində zəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdan keçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyat işlərinin başlanmasına dair prosedurlar icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















