Icma.az
close
up
RU
SOCAR ın Ukraynadakı yanacaqdoldurma KONKRET

SOCAR ın Ukraynadakı yanacaqdoldurma KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ukraynanın paytaxtı Kiyev şəhəri ən çətin günlərini yaşayır. Bir tərəfdən Rusiya ordusunun enerji infrastrukturlarına endirdiyi hava zərbələri, digər tərəfdən qışın sərt keçməsi Kiyevdə fövqəladə vəziyyət yaradıb.

KONKRET.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu çətin gündə SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində insanlar üçün xüsusi sığınacaqlar yaradılıb. Bura gələn vətəndaşlar pulsuz isti çay və sudan, istiləşmə zonalarından, internetdən, mobil telefonlar və notbukların enerji ilə təchizatından istifadə edə bilərlər.

SOCAR-ın əməkdaşı Marina Truşkina AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukraynanın çətin günlərində Azərbaycanın Ukraynaya humanitar yardımının dəyəri 45 milyon dollara yaxındır. Ötən həftə Azərbaycan 1 milyon dollar dəyərində generatorların göndərilməsi də daxil olmaqla daha bir yardım paketi təqdim edib. Dövlət yardımından əlavə, SOCAR şəbəkəsi də humanitar aksiyalarda fəal iştirak edir. Şirkətin Ukraynadakı bütün obyektləri artıq rəsmi olaraq təhlükəsizlik obyektləri kimi fəaliyyət göstərir. SOCAR Ukraynanın digər bölgələrindən də oxşar sorğular daxil olarsa, yanacaqdoldurma məntəqələrində sığınacaq xidmətlərini genişləndirəcək.

Sığınacaqlarda olan Ukrayna vətəndaşları isə öz təəssüratlarını AZƏRTAC-a açıqlayıblar.

Mixail Vasin bildirib ki, Azərbaycan Ukraynaya dost münasibət göstərir: “SOCAR-ın da Azərbaycan şirkəti olduğunu bilirik və onların çox mehriban kollektivi var. Bu çətin gündə Azərbaycan dövləti Ukraynaya öz dəstəyini əsirgəmir. Buna görə öz təşəkkürümü bildirirəm”.

Anastasiya Romanova isə deyib ki, artıq illərdir SOCAR-ın yanacaqdoldurma məntəqələrindən istifadə edir: “Bu ağır gündə SOCAR-ın həyata keçirdiyi sosial layihələr təqdirəlayiqdir. Sərt qış aylarında və enerji sahəsində yaranan fövqəladə vəziyyətdə SOCAR-ın yanacaqdoldurma məntəqələrində yaradılan sığınacaqlar olduqca vacib təşəbbüsdür. İnsanlara göstərdiyi bu cür mərhəmətə görə SOCAR-a, ümumilikdə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Kiyev şəhərində yanvarın əvvəlindən enerji böhranına görə fövqəladə vəziyyət tətbiq edilir. Ukrayna paytaxtının sıx yaşayış məntəqələrində xüsusi sığınacaqlar da fəaliyyət göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri