SOCAR ın xarici bazarlara ixrac etdiyi neft cüzi artıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 31 iyul, AZƏRTAC
Cari ilin ikinci rübündə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4,2 milyon ton (0,06 faiz) təşkil edib.
AZƏRTAC SOCAR-ın açıqladığı rüblük hesabata istinadən xəbər verir ki, bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,6 milyon kubmetr az (0,69 faiz), istehlakı isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6 faiz artım qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 31 İyul 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















