SOCAR Pakistanla neft məhsullarının ticarətini müzakirə edib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan İslam Respublikası ilə neft məhsullarının ticarətini müzakirə edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulun Pakistana dövlət səfərinin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyata keçirilən layihələr və əldə edilən nəticələr, həmçinin müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















