“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçılar arasında ən yüksək göstərici “SOCAR Polymer” MMC tərəfindən qeydə alınıb.
Marja İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, “SOCAR Polymer” MMC-nin ixracı cari ilin ilk 4 ayında 90,3 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövründə şirkətin ixracı 82,5 milyon ABŞ dolları olmuşdu. Beləliklə, “SOCAR Polymer”in ixracı illik müqayisədə 7,8 milyon dollar və ya 9,5% artıb.
Bu nəticə ilə şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında birinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb
29 Avqust 2025 12:40
Baxış sayı:111
Bu xəbər 03 İyun 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















