SOCAR Rusiyada qazandığı 576 milyon dolların 575,6 milyonunu xərcləyib
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyada fəaliyyət göstərən törəmə şirkəti – “SOCAR RUS” ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com şirkətin açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, “SOCAR RUS” şirkəti 2024-cü ildə 47 milyard 842 milyon rubl (576 milyon dollar) gəlir əldə edib və bu gəlirin cəmi 32,12 milyon rublu (387 min dollar) xalis mənfəət olub.
Məlumat üçün qeyd edək ki, “SOCAR RUS” şirkəti 2013-cü ildə təsis edilib. 2016-cı ildən şirkət neft, neft-kimya məhsulları və mayeləşdirilmiş neft qazı (LPG) üzrə birja hərraclarında iştirak etmək hüququna malik olmaq üçün Sankt-Peterburq birjasında akkreditasiya alıb. 2017-ci ildə artıq birjanın fəal iştirakçısına çevrilən SOCAR-ın Rusiyadakı törəmə şirkəti azsıxlıqlı polietilenin (ASPE) satışına başlayıb. Belə ki, həmin ilin aprel ayının 7-dən etibarən “SOCAR RUS” “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı ASPE satışlarını həyata keçirməkdədir. 2019-ci ildən bəri şirkət “SOCAR Polymer”in istehsal etidiyi polipropilen və yüksək sıxlıqlı polietileni də Rusiya bazarında satışa çıxarmağa başlayıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dolların məzənnəsi qaldırıldı Rusiyada...
02 İyul 2025 18:53
Rusiyada dolların məzənnəsi bu qədər bahalaşacaq
10 Fevral 2025 17:38
Xeyriyyə fondunun 9 milyonunu özünə xərcləyib
20 Dekabr 2024 12:22
Mərkəzi Bank Rusiyada dolların rəsmi məzənnəsini QALDIRDI
19 Mart 2025 18:50
Rusiyada avro və dolların məzənnəsi kəskin artdı
08 Sentyabr 2025 22:26
Baxış sayı:133
Bu xəbər 06 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















