SOCAR Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 4 aprel, AZƏRTAC
SOCAR Ukraynada daha bir sosial layihəyə dəstək verib.
AZƏRTAC-ın məlumatına görə, “SOCAR Ukraine” Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış edir. Bu gün çempionatın rəsmi açılış mərasimi keçirilib. Çempionatın açılış mərasimində çıxış edənlər müharibə dönəmində SOCAR-ın Ukraynada bu cür layihələrə dəstək verməsinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycan dövləti müharibə başlayandan bəri Ukraynaya humanitar və sosial yardımlarını davam etdirir. SOCAR-ın Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış etməsi bu siyasətin tərkib hissəsidir.
Sonra "Güclülər Liqası" sosial layihəsi çərçivəsində ikinci Ukrayna ampfutbol çempionatının birinci turu başlayıb. Yarışda ölkə daxilindən 18 komanda iştirak edir və iki divizionda - Super Liqa və Birinci Liqada beş turda mübarizə aparır.
Qeyd edək ki, Ukrayna ampfutbol çempionatı səkkiz şəhərdə - Kiyev, Xmelnitski, Lutsk, Çernovtsi, Lvov, Rovno, İvano-Frankovsk və Jitomirdə keçiriləcək. Mövsüm ərzində ümumi oyun sayı 150-ni keçəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 04 Aprel 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















