Icma.az
close
up
RU
SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirməyi planlaşdırır

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirməyi planlaşdırır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 31 mart, AZƏRTAC

Qahirədə “Əməkdaşlıq, fəaliyyət və reallıq vasitəsilə enerji keçidi” şüarı altında keçirilən 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) plenar iclaslarla davam edib.

AZƏRTAC xəbər verir ki, plenar iclas “Qlobal ticarət axınlarının yenidən formalaşdırılması” mövzusunda, CNN-in İdarə Heyətinin keçmiş üzvü Con Defteriosun moderatorluğu ilə keçirilib. İclasda geosiyasi təsirlərin enerji təhlükəsizliyinə və əsas enerji dəhlizləri üzrə qlobal ticarətə yaratdığı risklər, tranzit müddətlərinin uzanması, enerji çatışmazlıqları, xərclərin artması və şirkətlərin həyata keçirdiyi fəaliyyətlər müzakirə olunub.

İclasda SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, “Energos Infrastructure” şirkətinin baş icraçı direktoru Artur Regan, “Höegh Eiendom” şirkətinin prezidenti Erik Nyheim, “HEREMA S.A.”nın baş direktoru Aristofanis Stefatos və “SVB Energy International” şirkətinin prezidenti Sara Vaxşuri çıxış ediblər. Müzakirələrdə enerji sektorunda yeniliklər, gələcək planlar və yeni ticarət tərəfdaşlıqlarının əhəmiyyəti vurğulanıb.

Vitaliy Bəylərbəyov çıxışında SOCAR-ın Misirlə əməkdaşlıqda yeni mərhələyə daxil olduğunu, Misirin Dövlət Neft Korporasiyası ilə imzalanmış sazişin əhəmiyyətini qeyd edib. O, həmçinin Misirin Təbii Qaz Holdinqi (EGAS) və digər qurumlarla əlaqələrin genişləndiyini diqqətə çatdırıb.

SOCAR rəsmisi Azərbaycanın etibarlı xam neft və qaz tədarükçüsü olduğunu vurğulayıb və son illərdə qaz ixracının əhəmiyyətli dərəcədə artdığını bildirib. Qeyd olunub ki, 2020-ci ilin sonlarından Yunanıstan, İtaliya və Bolqarıstan kimi ölkələrə əhəmiyyətli həcmdə qaz ixrac edilir. Hazırda Yunanıstanın təxminən 25 faizi, Bolqarıstanın 60 faizdən çoxu, İtaliyanın isə 20 faizdən artıq hissəsi Azərbaycan qazı ilə təmin olunur və bu göstəricilər artmaqdadır.

Bildirilib ki, Azərbaycan qazı hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə ixrac olunur. Yaxın Şərq və Aralıq dənizi regionu da SOCAR-ın diqqət mərkəzindədir və artıq bir ilə yaxındır ki, Suriyaya qaz tədarük edilir.

Vitse-prezident V.Bəylərbəyov SOCAR-ın iri infrastruktur layihələrində uğurla iştirak etdiyini vurğulayıb. O bildirib ki, şirkət təkcə hasilat və ticarət sahəsində deyil, həm də beynəlxalq tərəfdaşlarla birlikdə infrastrukturun yaradılmasında fəal iştirak edir. Buna nümunə kimi Bakı–Tbilisi–Ceyhan neft kəməri göstərilib. Qeyd olunub ki, bu kəmər Azərbaycanın nefti ilə yanaşı, Türkmənistan və Qazaxıstan neftinin də dünya bazarına çıxarılmasına xidmət edir.

Bildirilib ki, Cənub Qaz Dəhlizi 2020-ci ilin sonunda tamamlanıb və onun genişləndirilməsi nəzərdə tutulur. 2020–2022-ci illərdə Rusiya–Ukrayna münaqişəsi fonunda Avropaya qaz tədarükü 40 faiz artırılıb, hazırda isə bu artım 2020-ci illə müqayisədə 60 faizə çatıb.

Vurğulanıb ki, SOCAR Yaxın Şərqdə həm hasilat, həm də nəql və satış sahələrində fəaliyyətini genişləndirməyi planlaşdırır. Eyni zamanda, Cənub Qaz Dəhlizinin buraxılış gücünün artırılması, hətta iki dəfə genişləndirilməsi imkanları nəzərdən keçirilir. Bu proses yeni yataqların istismara verilməsi ilə dəstəklənəcək. Məsələn, “Total Energies” və tərəfdaşlarla birgə həyata keçirilən Abşeron qaz-kondensat yatağı layihəsi 2029-cu ildə böyük həcmdə qaz və kondensat hasilatını təmin edəcək. Ümumilikdə əlavə olaraq ən azı 15 milyard kubmetr qaz tədarükü imkanının yaranacağı qeyd olunub.

Qeyd edək ki, “EGYPS 2026” çərçivəsində müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların və iri enerji şirkətlərinin rəhbərləri, eləcə də innovativ texnoloji həllər sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin nümayəndələri iştirak edirlər. Azərbaycanı tədbirdə SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri