Soğansarımsaqdan hazırlanmış məlhəm müasir antibiotiklərdən güclü çıxdı
Icma.az bildirir, Saglamolun portalına istinadən.
Nottingem Universiteti (Böyük Britaniya) alimləri IX əsrə aid olan təbabət kitabından göz məlhəminin reseptini tapıb və bu məlhəmi hazırlayıblar.
Qədim məlhəmin tərkibinə müəyyən miqdarda soğan, sarımsaq, çaxır və öküz ödü daxil idi.
Saglamolun.az xəbər verir ki, xarici mətbuatın məlumatına görə, alimlər məlhəmi müxtəlif mikroblar üzərində test ediblər. Eksperiment nəticəsində məlum olub ki, bu məlhəm antibiotiklərin təsirinə davamlı olan 90% bakteriyaları məhv edib. Məlhəm hətta ən davamlı bakteriyalardan biri sayılan qızılı stafilokokka qarşı effektli olub.
Məlhəmin antibakterial təsiri alimləri heyran edib.
Alimlərin sözlərinə görə, bir çox digər qədim məlhəmlər mövcuddur ki, onlar da infeksion xəstəliklərinə qarşı çox effektlidir.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















