Icma.az
close
up
RU
Söhbət yalnız Qarabağa qayıtmaqdan getmir, onların məqsədi… AÇIQLAMA

Söhbət yalnız Qarabağa qayıtmaqdan getmir, onların məqsədi… AÇIQLAMA

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Lakin maraqlı məqam budur ki, İrəvan hakimiyyəti ermənilərin Qarabağa qayıtmasını istəmir. Çünki Ermənistan Qarabağ ermənilərinə görə Qərbdən kifayət qədər ciddi məbləğdə yardımlar alır. Bundan başqa, İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən sonra Qarabağ ermənilərinin təxminən 50 faizi Ermənistanı tərk edərək Avropa, ABŞ, Avstraliya, Yeni Zelandiyaya üz tutub.

Maraqlıdır ki, ermənilərin gələcəkdə Qarabağa qayıtması məsələsinin yenidən ortaya atılmasının səbəbi nədir?

Milli Məclisin deputatı Zahid Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Alen Simonyanın Xankəndini könüllü tərk edən ermənilərlə bağlı məsələyə reaksiyası ilk deyil. O bu haqda mövqeyini tez-tez dəyişir:

"Lakin seçilən vahid xətt ondan ibarətdir ki, Paşinyan hakimiyyəti oradakı ermənilərin daxildə ayrıca bir avtonom vahid kimi Ermənistan içərisində təşkilatlanmasına, müxtəlif partiyaların və hərəkatların inhisarına götürülməsinə yol vermək istəmir. Bundan başqa, xarici yardımlar məhz həmin qruplar üzərindən ölkəyə gəlir. Bu isə resurs qazancı baxımından çox əhəmiyyətlidir”.

Deputat qeyd edib ki, ən önəmli məsələlərdən biri Azərbaycanla sülh danışıqları aparılarkən Qarabağa qayıdış tələbləri və hər hansısa qərarlar vasitəsilə ölkəmizə təzyiqlər etmək cəhdi, hətta hərbi toqquşmaların artıralacağı düşünülür. Ona görə də sözügedən ermənilər dövlət siyasətində önə çıxarılmır.

Zahid Oruc, deputat

Müsahibimiz hesab edir ki, söhbət yalnız Qarabağa qayıdışdan getmir. Çünki Qarabağ hələ də ayrı-ayrı avantürist, qlobal erməni şəbəkəsinin və havadarlarının nəzərində bir erməni dövləti vahidi kimi qalmaqdadır. Bəziləri özünü hələ də "Qarabağ parlamenti"nin üzvləri və “hökumət təmsilçiləri” hesab edirdilər. Ancaq onlara heç bir yer verilmədi.

"Ermənilərin daha çox üz tutduğu dövlətlərdən biri olan Avstraliya ötən on illər ərzində paradoks siyasi mövqe göstərib. Avstraliyada ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, parlament nümayəndələri mühüm tədbirlər həyata keçiriblər. Lakin Avstraliyanın müxtəlif regional subyektləri, o cümlədən parlament komitələri Ermənistana dəstək istiqamətində müxtəlif addımlar atıblar. İndiki halda Azərbaycana qarşı fərqli formalarda təzyiqlər göstərməyə çalışırlar ki, ölkəmiz ərazi iddiası və sərhədlərdə Avropa İttifaqının müşahidə missiyasının aradan qaldırılması tələbləri üzərində dayanmasın", - deyə Zahid Oruc əlavə edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri