ŞOK! 38 yaşlı qadın saxta həkimin reklamına qurban getdi
Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin paytaxtı Ankarada 38 yaşlı qadın özəl xəstəxanalardan birində plastik əməliyyat etdirib.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyatın sonu faciə ilə nəticələnib.
Belə ki, ağrıları keçməyən, əməliyyatdan sonra bədənində infeksiyalar olan qadın kömək istədiyi həkimin laqeyd münasibətinə məruz qalıb. Vəziyyətdən şübhələnən zərərçəkmiş qadın həkimi araşdırmağa başlayıb. Klinikasına getdiyi həkimin diplomunun şəklini çəkən qadın diplomun üzərində yazılan universitetə müraciət edərək bunun gerçək olub-olmadığını öyrənmək istəyib.
Diplomun saxta olması ilə bağlı cavabı alan qadın aidiyyatı qurumlarla əlaqə saxlayıb və qeydlərdə belə bir həkimin olmadığını öyrənib.
Saxta həkim tərəfindən əməliyyat olunduğunu öyrənən qadın polisə müraciət edib və faktla bağlı cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 14 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















