Icma.az
close
up
RU
ŞOK: Burada yeni dövlət yaradılır Türk ordusu ərazini ilhaq edə bilər

ŞOK: Burada yeni dövlət yaradılır Türk ordusu ərazini ilhaq edə bilər

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kürdüstanın Səsi” Teleqram kanalının iddiasına görə, Suriya ələviləri (türkmən, kürdlər, ərəblərdən ibarətdir) ölkənin qərbindəki Uqarit bölgəsində muxtariyyətlərini elan ediblər. Uqarit bölgəsinin sayt, səhifə və qruplarında da bununla bağlı bəyanat paylaşılıb. Suriya hökuməti isə məsələyə münasibət bildirməyib.

Qeyd olunan məsələ hələlik iddiadır, lakin arxası boş, dayaqsız deyil. Ümumiyyətlə, Birinci Dünya müharibəsindən sonra Suriya Fransa mandatına keçdi. Lakin Paris ilk vaxtlar ərazini vahid Suriya kimi deyil, “parçala, hökmranlıq et” yanaşması ilə 5 hissəyə (Hələb, Dəməşq, Ələvi, Druzi və Böyük Livan) bölərək idarə edirdi. Daha sonra Hələb və Dəməşq birləşib fransızlara üsyan qaldırsa da, durzilər, ələvilər prosesə qoşulmadı.

Suriyada 1920-36-cı illəridə bir Ələvi dövləti mövcud olub. Tam müstəqil olmasa da, uzun müddət Suriyadan ayrı varlığını davam etdirib. Fransızlar bu yolla regionda güclü bir Suriyanın olmasının qarşısını almaq istəyib. Fransızların planı işləsəydi, bu gün regionda Livan kimi Druzi və Ələvi dövlətləri də olmalı idi.

Uqarit bölgəsi məsələsinə gəldikdə isə ələvilərin gec-tez Suriyada muxtariyyət, hətta müstəqillik arzusu ilə çıxış etməsi gözlənilirdi. Suriyada hakimiyyət dəyişikliyi fonunda ölkədəki ələvilər ciddi narahatlıq içindədir. Belə ki, ələvilər Əsəd ailəsinin ən sadiq tərəfdarları idi. Rejimin devrilməsi və Suriyanın yeni lideri Əhməd əş-Şaranın (əl-Colani) radikal keçmişi burada ələvilərin narahatlığına, hətta onlara qarşı soyqırımı olacağı fikrinə qapılmalarına gətirib çıxarıb. Əş-Şara yeni konstitusiyada etnik və dini azlıqların hüquqlarının tanınacağını desə də, ələvilər inamsızlıq nümayiş etdirir.

Uqarit bölgəsi məsələsi həm də regional və geosiyasi aspektdən diqqət çəkir. Məsələ ondadır ki, ələvilərin muxtariyyət elan etdiyi Uqarit bölgəsi Suriyanın Latakiya və Tartus əyalətlərini əhatə edir. Bu vilayətlər strateji baxımdan çox mühümdür. Çünki qeyd olunan vilayətlər Suriyanın Aralıq dənizinə çıxışını təmin edir. Yəni Uqarit bölgəsi Suriyanın Aralıq dənizinə çıxışını bloklaya bilər. Digər tərəfdən, Türkiyə ilə Suriya arasında imzalanması ehtimal olan dəniz sərhədləri sazişinə də mane olar.

Uqarit bölgəsi məsələsi hələlik iddiadan ibarət olsa da, Suriyanın başına bəla ola biləcək təhdiddir:

Birincisi, ələvilər çox rahat şəkildə Fransadan dəstək ala bilər. Onsuz da bu layihənin tarixi müəllifi elə fransızlardır.

İkincisi, ötən gecədən Suriyanın cənubunda hərbi əməliyyatlara başlayan, bu ölkəni zəiflətmək üçün kürdlər və druzilərə dəstək verən İsrail də məmnuniyyətlə ələvilərə dəstək verə bilər.

Üçüncüsü, ABŞ Yaxın Şərq məsələsində İsraillə ortaq mövqedə dayandığı üçün Ələvi dövləti layihəsinə dəstək verə bilər.

Təbii ki, son olaraq Türkiyə faktoru var. Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir. Proses ciddiləşəcəyi, Suriyanın nəzarətindən çıxacağı təqdirdə türk ordusu əraziyə müdaxilə edib, ilhaq da edə bilər. Hatayda olduğu kimi… Təbii ki, situasiya fərqlidir, amma Ankara məsələyə Hatay kimi də baxa bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri