Icma.az
close
up
RU
Şok etiraflar: Rəhbərliyə 20182022ci illərdə 140 milyon dollar çatdırmışam... VİDEO

Şok etiraflar: Rəhbərliyə 20182022ci illərdə 140 milyon dollar çatdırmışam... VİDEO

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. 

Globalinfo.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu bilgi gömrük generalının öz ifadəsində əksini tapıb.

Onun dediklərindən belə məlum olur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdığından rəhbərliyə çatdırılan pullar da çoxalıb. Məsələn, 2020-ci ildə rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.

2001-ci ildən Naxçıvan MR gömrük sistemində inspektor kimi işə başlayan S.Həbibbəyli 10 il sonra komitə sədrinin müavini təyin edilib. O, 2018-ci ilin noyabrınadək həmin vəzifədə çalışandan sonra sədr vəzifəsini icra etməyə başlayıb. 2019-cu ilin martında isə Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun fərmanıyla Dövlət Gömrük Komitəsinin sədri təyin olunub və 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvandakı bir sıra qurumlarda silsilə əməliyyatlar keçirənədək bu vəzifədə işləyib.

“Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur”

DTX əməkdaşlarının Naxçıvanda saxlayıb Bakıya gətirdikləri məmurlar arasında S.Həbibbəylinin də adı çəkilib. Həmin vaxt atası – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli də oğlunun saxlanması haqda iddiaları nə təsdiq, nə də təkzib edib.

“Oğlum bilmirəm haradadır, xəbərim yoxdur. Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, – deputat oğlunun saxlanması haqda sualı belə cavablamışdı.

Bir neçə gün sonra gömrük generalı S.Həbibbəylinin sərbəst buraxıldığı haqda məlumat yayılmışdı.

2022-ci il noyabrın 28-də prezident İlham Əliyev Naxçıvan MR Dövlət Gömrük Komitəsinin ləğvi barədə fərman imzaladı. Fərmana əsasən, onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı və bu idarə Dövlət Gömrük Komitəsi strukturuna daxil edildi.

General S.Həbibbəyli ifadəsində 2018-ci ilin noyabrından 2022-ci ilin noyabrınadək komitə sədri işlədiyi dövrdə çatdırdığı pullar barədə bunları deyib: “2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.

O vurğulayıb ki, rəhbərliyə çatdırılan yüz milyonlarla dolların hamısı qeyri-rəsmi şəkildə toplanan və büdcədən yayındırılan gömrük rüsumlarıydı.

S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, hələ sədrin müavini işlədiyi dövrdən belə olduğunu deyir. Sözlərinə görə, komitə sədri təyin ediləndə də çağırıb deyiblər ki, əvvəlki qaydada işləməyə davam edəcəklər: “Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir”.

S.Həbibbəylinin dediyinə görə, razılaşma belə olub ki, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.

İki nəfərə şərti cəza verilib

DTX-nın Naxçıvan MR Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. Onunla yanaşı, 2020-ci ilədək M.Əsgərovun vəzifəsində çalışmış, daha sonra muxtar respublikanın maliyyə naziri olan Rəfael Əliyev, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov və başqaları da həbs edilmişdi.

M.Əsgərov və R.Əliyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirilib. Birlikdə mühakimə olunan bu şəxslərin hər ikisinə bugünlərdə hökm oxunub və şərti cəza verilib.

M.Əsgərovla bağlı cinayət işində iddia olunur ki, 2016-2022-ci illərdə Naxçıvanda gömrükdən rüsum kimi büdcəyə ödənilməli toplam 273 milyon manat mənimsənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri