ŞOK GÖRÜNTÜLƏR! Təyyarəmizi vuran raketin qalığı TAPILDI (VİDEO)
Icma.az bildirir, Sitat.info portalına istinadən.
Dünən səhər saatlarında “Pantsir-1C” HHM-nin yuxarı pilləsi Vladiqafqaz istiqamətində düşüb”.
Sitat.info xəbər verir ki, bu barədə "online Vladikavkaz" telegram kanalı məlumat yayıb.
Bəzi məlumatlara görə, eyni yuxarı pillə Qroznının Şalinski rayonunda qəzaya uğrayıb, bu barədə yerli ictimai səhifələrdə hökumətyönlü media yazıb.
Lakin sonra Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərlər fonunda hər şey silinib.
Qeyd edilib ki, Azərbaycana məxsus təyyarə də məhz bu HHM ilə vurulub.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.
Sitat.info xəbər verir ki, bu barədə "Caliber" məlumat əldə edib.
Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib.
Caliber.az-ın etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Dekabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















