Icma.az
close
up
RU
ŞOK! Trampın qolf klubuna BASQIN EDİLDİ FOTOLAR KONKRET

ŞOK! Trampın qolf klubuna BASQIN EDİLDİ FOTOLAR KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Şotlandiyada yerləşən Trump Turnberry qolf klubu naməlum şəxslər tərəfindən vandalizm aktına məruz qalıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, “Bild” nəşrinə əsasən məlumat verir ki, ABŞ Prezidenti Donald Trampa məxsus olan bu elit qolf kompleksi Fələstini dəstəkləyən fəallar tərəfindən qırmızı boya ilə rənglənib və üzərində siyasi şüarlar yazılıb.

Görünən mesajlardan biri də “GAZA IS NOT 4SALE” (“Qəzza satılmır”) olub. Bundan əlavə, otelin girişində və qolf sahəsinin müxtəlif hissələrində “Free Gaza”, “Free Palestine” kimi şüarlar, habelə Trampa qarşı təhqiramiz ifadələr yer alıb. Fəallar eyni zamanda qolf sahəsindəki bir neçə çuxuru qazaraq örtüyə zərər yetirib.

Məlumata görə, hadisə Fələstin hərəkatına dəstək verən və ABŞ-ın Yaxın Şərq siyasətinə qarşı çıxan Palestine Action təşkilatının üzvləri tərəfindən törədilib. Daily Mail qəzetinin yazdığına görə, təşkilat nümayəndələri bu addımı Trampın İsrail-Fələstin münaqişəsində İsraili açıq şəkildə dəstəkləməsinə etiraz olaraq atdıqlarını bildiriblər.

“Tramp düşünür ki, Qəzzaya öz şəxsi mülkü kimi davranıb qərar verə bilər. Biz ona göstərdik ki, onun mülkü də toxunulmaz deyil”, – deyə fəallar sosial şəbəkədə paylaşım ediblər.

Qeyd edək ki, Trump Turnberry qolf klubu 1906-cı ildə inşa edilib və Tramp tərəfindən 2014-cü ildə 60 milyon dollara satın alınıb. O, burada genişmiqyaslı yenidənqurma işləri apararaq klubun lüks statusunu artırıb. Hazırda bu qolf kompleksi dünyanın ən prestijli idman məkanlarından biri hesab olunur.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri