Solğun görmək istəmir Tramp makiyajından danışdı
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp üzünün solğun görünməməsi üçün kosmetik vasitələrdən istifadə etdiyini etiraf edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri bu barədə Corciya ştatında keçirilən mitinqdə danışıb.
Tramp bildirib ki, heç kimin köməyi olmadan, şəxsən özü üzünə az miqdarda makiyaj edir.
ABŞ Prezidentinin sözlərinə görə, kosmetik vasitələrdən istifadə etmədikdə üzü həddindən artıq solğun görünür. O isə belə görünmək istəmədiyi üçün makiyajdan istifadə edir.
Qeyd edək ki, 2025-ci ilin avqustunda “The Independent” nəşri Donald Trampın sağ əlindəki göyərməyə diqqət çəkmişdi. Həmin iz Ağ Evdə, Oval kabinetdə fərmanların imzalanması zamanı görüntülənmişdi.
Tramp həmin vaxt əlindəki göyərməni tonal kremlə gizlətməmişdi.
Daha sonra ABŞ liderinin əlindəki iz Cənubi Koreya Prezidenti Li Ce Myonla görüşü zamanı da müşahidə olunmuşdu.
Baxış sayı:83
Bu xəbər 17 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















