“Solo gənclik” layihəsinin icrasına başlanılıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 noyabr, AZƏRTAC
“İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ilk konsert Qara Qarayevin ev muzeyində olub. Musiqisevərlər bəstəkar, pianoçu Nigar Süleymanı dinləyiblər.
Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Mədinə Səlimova Azərbaycanın zəngin musiqi mədəniyyətinin gənc nəslə çatdırılması və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, müxtəlif illərdə yaradıcı gənclərin fəaliyyətinin stimullaşdırılması sahəsində ciddi tədbirlər görülüb. M.Səlimova qeyd edib ki, layihənin məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
Daha sonra Nigar Süleymanın ifasında müxtəlif əsərlər səsləndirilib. Proqramda görkəmli bəstəkarlar Qara Qarayev və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz bəstələrini də təqdim edib.
Xatırladaq ki, Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 25 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















