Icma.az
close
up
RU
Solovyovu televiziya aparıcısı, jurnalist adlandırmaq olmaz

Solovyovu televiziya aparıcısı, jurnalist adlandırmaq olmaz

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Vladimir Solovyovu televiziya aparıcısı, jurnalist adlandırmaq olmaz. Bu adam peşəkar jurnalistika prinsiplərindən çoxdan üz çevirib. O, artıq rəsmən Kremlin təbliğatçısı kimi fəaliyyət göstərir və qeyri-ruslara qarşı şovinizmin əsas ruporlarından biri sayılır. Solovyov xüsusən də türk xalqlarına qarşı dözümsüz münasibətilə fərqlənir. Azərbaycana qarşı dərin nifrət hissi bəslədiyini isə hər fürsətdə büruzə verir. Onun Rusiyanın dövlət televiziya kanalı sayılan “Rossiya 1”-də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirməsi də sözügedən nifrətin təzahürüdür.
Bu irqçi-neofaşist "jurnalist"in bizə qarşı sonsuz nifrətinin əsas səbəblərindən biri ilk növbədə onun qatı ermənipərəstliyindən qaynaqlanır. Erməniləri yerli-yersiz müdafiə etmək üçün V.Solovyov Azərbaycana qarşı hər cürə iyrənc təbliğat üsullarına əl atmağa hazırdır. Onun yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın bu yaxınlarda Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılması da Solovyovun Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsi üçün növbəti fürsətə çevrilib. Karapetyanın müdafiəsinə qalxmaq adı altında canlı yayımda birbaşa erməni xalqına müraciət edən bu təxribatçı "aparıcı" Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağla bağlı yenə də əsassız, sərsəm fikirlər səsləndirib.
Separatçı ermənilərin xoşuna gəlmək üçün Qarabağı “Artsax” kimi təqdim edən Solovyov hazırkı Ermənistan hakimiyyətini Qarabağı "hədiyyə etmək”də günahlandırıb. Eyni zamanda, o, erməni xalqına üz tutaraq, onu da gələcəkdə “Qarabağın taleyi gözlədiyini” iddia edib. Solovyovun bu sayıqlamaları təbii ki, Kremlin rəsmi mövqeyinə ziddir. Çünki Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dəfələrlə çıxışlarında qeyd edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da bu yaxınlarda Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasına cavab olaraq "Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır" bəyanatı ilə bu mövzuda spekulyasiyalara son qoydu.
Lakin görünən budur ki, Rusiyanın hakim dairələrində Solovyov kimiləri, Zatulin kimiləri Azərbaycanın əleyhinə qısqırdan, Qarabağ üzərindən yeni manipulyativ planlara rəvac verən başqa qüvvələr də var. Əks təqdirdə, bu şovinistlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan fikirlər səsləndirməyə, Qarabağı "Artsax" kimi təqdim etməyə və Ermənistan-Azərbaycan sülh prosesinə zidd mövqe sərgiləməyə cəsarət etməzdilər.
Solovyov Ermənistanın radikal-millətçi, revanşist dairələrinə və şər yuvası olan erməni kilsəsinin (Erməni Apostol Kilsəsi) Samvel Karapetyan kimi sponsorlarına "vəkil"lik etməklə həm Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurur, həm də Kremlin özünü pis vəziyyətdə qoyur. Biz Kremlin bu cür qeyri-adekvat propaqandistlərlə bağlı ölçü götürəcəyini, müvafiq tədbirlər görəcəyini gözləyirik. Kreml nəzərə almalıdır ki, Solovyov jurnalist kimi yox, media terrorçusu kimi çıxış edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri