Icma.az
close
up
RU
Solovyovun Azərbaycanla bağlı ritorikası “Bu, informasiya təzyiqidir”

Solovyovun Azərbaycanla bağlı ritorikası “Bu, informasiya təzyiqidir”

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kremlin əsas təbliğatçılarından sayılan və Rusiya dövlət televiziyasının aparıcı siması olan Vladimir Solovyov efirdə növbəti dəfə Azərbaycanı təhdid edən bəyanatlar səsləndirib. O, Ermənistanı dəstəkləyən çıxışları ilə tanınan Marqarita Simonyan və Semyon Baqdasarovun iştirakı ilə yayımlanan proqramda Prezident İlham Əliyevin Xankəndidəki son çıxışına qarşı aqressiv və təxribatçı ritorika nümayiş etdirib.


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayevanın fikrincə, bu tip çıxışlar sadəcə şəxsi mövqe deyil, Kremlin informasiya müharibəsində istifadə etdiyi alətlərdən biri ola bilər:


“Solovyovun səsləndirdiyi fikirlər təkcə təbliğat xarakteri daşımır. O, Kremlin media üzərindən yaydığı dolaylı mesajların daşıyıcısıdır. Əsas məqsəd Azərbaycan ictimaiyyətinə və rəhbərliyinə psixoloji və informasiya təzyiqi göstərməkdir. Proqramda Simonyan və Baqdasarov kimi açıq ermənipərəst fiqurların da iştirakı bu ritorikanın koordinasiyalı kampaniyanın bir hissəsi olduğunu göstərir”.


Politoloq vurğuladı ki, Rusiya tez-tez rəsmi bəyanatlar vermədən, məhz media fiqurları vasitəsilə öz narazılıqlarını çatdırmağa çalışır: 


“Solovyovun çıxışı, ehtimal ki, Moskvanın Azərbaycana münasibətdə bəzi narazılıqlarının bir formasıdır. Kreml rəsmi kanallardan çox, bu kimi media fiqurları vasitəsilə "qırmızı xətt"lərini çatdırmağı üstün tutur. Solovyovun ritorikası Kremlin rəsmi mövqeyini tam əks etdirməsə də, Rusiya daxilində və Ermənistandakı revanşist qüvvələrə verilmiş mesaj xarakteri daşıyır”.


Ekspert xəbərdarlıq edir ki, belə təbliğat kampaniyaları Azərbaycan cəmiyyətində Rusiyaya olan etimadı daha da zəiflədə bilər:

"Xüsusilə Qarabağda suverenliyin bərpa edildiyi bir dövrdə bu tip ritorika regiondakı sabitliyi pozmaq potensialına malikdir. Əgər bu cür təhdidedici ritorika davam edərsə və rəsmi Moskva buna susqun münasibət göstərərsə, bu, Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olacaq".


Z.Qarayeva hesab edir ki, bu ritorika eyni zamanda Ermənistanla münasibətlərdə yeni siyasi balansların formalaşmaqda olduğunu göstərir və Kremlin Cənubi Qafqazda zəifləyən təsirini informasiya müharibəsi ilə kompensasiya etmək cəhdidir.


Azərbaycan necə reaksiya verməlidir?


Politoloqun fikrincə, bu kimi çağırışlara qarşı Azərbaycan diplomatik kanallar vasitəsilə prinsipial mövqe nümayiş etdirməlidir:


“Solovyov və onun kimilərin ritorikası nə qədər şəxsi xarakter daşısa da, arxasında sistemli informasiya təzyiqi dayandığı üçün bu hallar ciddi şəkildə izlənilməli və cavablandırılmalıdır. Azərbaycan tərəfi bu kimi çıxışlara təmkinli, lakin qətiyyətli reaksiya verərək, həm daxildə, həm də beynəlxalq müstəvidə öz suverenliyini və mövqeyini müdafiə etməlidir”.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri