Icma.az
close
up
RU
Soltan Bayramov: Bugünkü peşələrin səriştəlilik tələblərinin 40% i modifikasiyaya uğrayacaq

Soltan Bayramov: Bugünkü peşələrin səriştəlilik tələblərinin 40% i modifikasiyaya uğrayacaq

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2030-cu ildə bugünkü peşələrin səriştəlilik tələblərinin 40%-i modifikasiyaya uğrayacaq.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov “4Sİ Akademiyası - Milli Proqram”ın yarım illik nəticələrinə dair təqdimatda bildirib.

O qeyd edib ki, insan kapitalının inkişafı Azərbaycanda dövlət siyasətinin önəmli tərkib hissəsini təşkil edir:

“Əgər biz 2030-cu il Azərbaycanın 5 milli prioritetinə diqqət yetirsək, onlardan biri məhz rəqabətli insan kapitalının hazırlanması və müasir innovasiyalar mərkəzinə çevrilməklə bağlı qoyulan bir məqsəddir. Bu məqsədə xidmət edərək, Dünya İqtisadi Forumunun bir neçə təşəbbüsünü Azərbaycana gətirmişik. Bunlardan biri, Skills Accelerator, bacarıqların sürətləndirməsi platformasıdır. Bu platforma dövlət özəl tərəfdaşların, maraqlı tərəflərin həm dialoqunu təmin edir, həmçinin 50-dən çox tərəfdaşın iştirakı ilə cari vəziyyəti təhlil etmək üçün sorğular, təhlillər həyata keçirir. Bu təhlillər nəticəsində, beynəlxalq metodologiya əsasında yenə də Dünya İqtisadi Forumunun dəstəyi ilə bizə təqdim olunacaq metodologiya əsasında yol xəritəsi hazırlanacaq ki, bu yol xəritəsində də həm dövlət qurumlarının, həm də özəl sektor oyunçularının hər birinin özünə məxsus rolu olacaqdır".

O deyib ki, “4Sİ Akademiyası - Milli Proqram”ı üzrə ötən dövr ərzində nəzərə çarpacaq nəticəkər əldə olunub: "2024-cü ilin məlumatlarına baxsaq, onda şahid olacağıq ki, bir istifadəçimiz 6 həftə ərzində ortalama 3 saat öyrənməyə zaman keçiribsə, bu gün, bu, təxminən 9 saata bərabərdir. O deməkdir ki, istifadəçilərimiz 3 dəfə artıq daha çox vaxt keçirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Dekabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri