Soltan Məmmədov: Milli Məclisdə vərəmlə mübarizəyə həsr olunan dinləmə keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 oktyabr, AZƏRTAC
Bu ilin ən vacib tədbirlərindən biri Milli Məclisdə vərəmlə mübarizəyə həsr edilən dinləmənin keçirilməsi olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, parlament səhiyyənin inkişafına davamlı olaraq dəstək göstərməyə hazırdır: "İstənilən sahədə əldə olunan uğurlar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında həm sosial, həm iqtisadi, həm də humanitar istiqamətdə inkişafının bariz nümunəsidir. Xüsusilə səhiyyəmizin inkişafında uğurlar göz qarşısındadır. Milli Məclis səviyyəsində də davamlı olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi, vərəmlə mübarizədə lazım olan tədbirlərin görülməsi üçün işlər aparılır. Müvafiq qurumların gördüyü işlərlə bərabər, Milli Məclis də tələb olunan bütün qanun dəyişikliklərini etməyə hazırdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















