Soltan Soltanlının əsərlərindən ibarət kataloq nəşr olundu
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bugünlərdə “Postmodern” nəşriyyatında görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı kataloq-albomu işıq üzü görüb.
Modern.az xəbər verir ki, 96 səhifəlik kataloqda rəssamın son illərdə yaratdığı əsərlər yer alıb.
Nəşr müəllifin ön sözüylə başlayır. Rəssam qeyd edir ki, sərgi salonları, teatrlar, kino zalları, kitabxanalar, bir sözlə, sənət ocaqları – dünyəvi insanların məbədidir: “Fikrimcə, rəsm əsəri tamaşaçıyla danışmalı, özünü ona izhar etməli, tablo ilə seyrçi arasında hansısa anlaşılmazlıq qalmamalıdır. Ona görə bu albomda görəcəyiniz əsərlərimi mümkün olduqca “danışdırmışam”, ən dərin anlamları onlara yükləmiş, düşüncə və duyğularımı tamaşaçılara sadə yolla çatdırmağa çalışmışam.”
Albomun sonunda rəssam haqqında bilgilər yer alır.
Qeyd edək ki, S.Soltanlı 1997-ci ildən ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə əsərlərilə təmsil edir.
Rəssam çoxlu beynəlxalq mükafatlar qazanıb, əsərləri dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda yer alır.
Kataloqu “Əli və Nino” kitab mağazalar şəbəkəsindən əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















