Şoltsdan Trampa sərt mesaj: Fövqəladə hal elan etməyə hazırıq!
Icma.az, Axar.az saytına istinadən bildirir.
Sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Bu prinsip hər zaman və hər yerdə, hamı və hər kəs üçün keçərli olmalıdır. Biz həmçinin Avropa və Amerika təhlükəsizliyinin dağılmasına gətirib çıxaran həll variantını qəbul etmirik. Bundan yalnız bir şəxs faydalanacaq - Prezident Putin. Biz avropalılar qarşıdakı danışıqlarda bu maraqları inamla və yekdilliklə təmsil edəcəyik. Məhz biz, avropalılar Ukraynanı hamıdan çox dəstəkləyirik və bu dəstək lazım olduğu qədər davam edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
O, Donald Trampı Avropanın iştirakı olmadan Rusiya ilə danışıqlara hazırlaşmasına görə qınayıb:
“Sülh yalnız Ukraynanın suverenliyi təmin olunduğu halda mövcud ola bilər, ona görə də biz heç vaxt Ukraynaya sırınan sülhü dəstəkləməyəcəyik”.
Onun sözlərinə görə, sülh bağlanandan sonra da Ukraynanı silahlandırmaq lazımdır və Ukraynanın ixtiyarında silahlı qüvvələr olmalıdır:
“Bu məqsədlə hərbi maliyyələşdirmə üçün Almaniyada fövqəladə vəziyyət elan edilə bilər. Almaniya Konstitusiyası belə bir fövqəladə vəziyyət zamanı borc həddinin yumşaldılması imkanını nəzərdə tutur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















