Şoltsla Makronun yeni Suriya ilə bağlı planı: Telefon söhbətində razılaşdılar ki...
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Publika.az-ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, bu barədə Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebestreit danışıb.
Hər iki lider insan hüquqlarına hörmətin və etnik-dini azlıqların, Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.
Olaf Şolts və Emmanuel Makron Avropa İttifaqının Suriyanın daxili proseslərindəki rolunun gücləndirilməsi, o cümlədən əhatəli siyasi prosesin dəstəklənməsi üçün birgə səylər barədə razılığa gəliblər.
Rəsmi mesajda deyilir ki, növbəti addımlar Yaxın Şərq tərəfdaşları ilə razılaşdırılacaq.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















