Şoltsun partiyasında Trampın Putinlə razılaşmalarını çürük sövdələşmə adlandırdılar
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Almaniyanın Sosial Demokrat Partiyasının (SDP) həmsədri Lars Klinqbeyl ABŞ prezidenti Donald Trampın Rusiya rəhbəri Vladimir Putinlə Ukrayna üzrə əldə etdiyi razılaşmaları "çürük sövdələşmə" adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə N-TV məlumat yayıb.
Klinqbeyl Trampın Putinlə danışıqlar aparmasını və "Ukraynaya qarşı müharibə üçün diplomatik həll yolları axtarmasını" müsbət qiymətləndirib.
"Amma Trampın planlaşdırdığı şey, görünür, çürük bir sövdələşmə olacaq. Ukraynanın və Avropanın başı üzərindən qərar vermək həll yolu deyil", – deyə SDP həmsədri vurğulayıb.
Onun sözlərinə görə, əgər Avropa və Ukrayna danışıqlar prosesindən kənarlaşdırılarsa, bu, problemləri sadəcə gələcəyə ötürəcək və həm Almaniya, həm də Avropanın təhlükəsizlik vəziyyətini daha da pisləşdirəcək.
"Avropa, bəli, Almaniya da bunun üçün daha çox məsuliyyət daşımalıdır", – Klinqbeyl əlavə edib.
Avropa liderləri, xüsusilə də Almaniyanın xarici işlər naziri Annalena Berbok əmindirlər ki, danışıqlar prosesinə Avropa və Ukrayna da cəlb olunmalıdır.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















