Icma.az
close
up
RU
Şolz Dudanın Rusiya aktivlərini müsadirə etmək çağırışına qəzəblənib

Şolz Dudanın Rusiya aktivlərini müsadirə etmək çağırışına qəzəblənib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Almaniya kansleri Olaf Şolz Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə Polşa prezidenti Anjey Dudanın Rusiyanın dondurulmuş 260 milyard avroluq aktivlərini müsadirə edib Ukraynaya kredit vermək üçün xərcləmək ideyasına kəskin şəkildə qarşı çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsünüz. Siz avrodan da istifadə etmirsiniz!”, - deyə qəzet Almaniya kanslerinin sözlərindən sitat gətirib.

Qəzetin yazdığına görə, bu ideya ABŞ və Böyük Britaniya tərəfindən irəli sürülüb, lakin Almaniya, Fransa və İtaliya buna qarşı çıxıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Avropadakı aktivlərinin oğurlanmasına mütləq cavab verəcək. O, Moskvanın bununla məşğul olanların hüquqi təqibini təşkil etmək niyyətində olduğunu vurğulayıb. Kreml nümayəndəsinin sözlərinə görə, Avropa Kiyevə kömək etmək üçün Rusiyanın aktivlərindən istifadə etmək qərarına gələrək ən pis yolu tutub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Dekabr 2024 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri