Şolz Trampın andiçmə mərasiminə dəvət olunmamasını normal hesab edir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Berlində Frankfurter Allgemeine Zeitung qəzetinin təşkil etdiyi tədbirdə deyib.
"Ölkələrin orada səfirlərlə təmsil olunması tamamilə normaldır. Dövlətlərin böyük əksəriyyəti üçün belə olacaq", - deyə Şolz iddia etdi, baxmayaraq ki, ona misal göstərilsə də, xüsusən də İtaliyanın baş naziri Giorgia Meloni və Argentina prezidenti Xavyer Miley Vaşinqtonda şəxsən iştirak edəcəklər.
Kansler həmçinin Avropanın Trampın dövründə daha inamlı hərəkət etməli olduğu fikrini bildirib.
Şolz deyib ki, o, Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra ABŞ-ın Kiyevə hərbi yardımının “dərhal bitəcəyini” gözləmir. “Uzunmüddətli pespektivdə biz bunun necə olacağını görəcəyik”, - deyə o əlavə edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 20 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















