Icma.az
close
up
RU
“Somalilənd”in tanınması separatizmə xidmət edir

“Somalilənd”in tanınması separatizmə xidmət edir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan bu ölkənin suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyir

Ötən ilin sonlarından etibarən Somalinin şimal-qərb bölgəsində birtərəfli qaydada müstəqilliyini elan etmiş “Somalilənd” adı altında fəaliyyət göstərən separatçı qurumun tanınması məsələsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Dekabrın 26-da İsrail hökumətinin gözlənilmədən “Somalilənd”i müstəqil dövlət kimi tanıdığını açıqlaması bu prosesə yeni impuls verdi. İsrail “Somalilənd”i rəsmi tanıyan ilk ölkə oldu. Bu, xüsusilə Afrika və İslam dünyasında ciddi etiraza səbəb oldu. 

Azərbaycan dərhal prinsipial mövqeyini ortaya qoyaraq Somalinin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı dəstəyini ifadə etdi, separatçı qurumun birtərəfli tanınmasını qınadı. Ötən il dekabrın 29-da Xarici İşlər Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatda bildirildi ki, “Somalilənd” adlı bölgənin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Somali Federativ Hökuməti Azərbaycanın nümayiş etdirdiyi bu mövqeyi yüksək qiymətləndirdi və ölkəmizin Somalinin suverenliyinə verdiyi dəstəyə görə rəsmi minnətdarlığını ifadə etdi.

Bu mövqe iki gün əvvəl bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Yanvarın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “Somalilənd” məsələsinə dair fövqəladə iclasında iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında Azərbaycanın Somali Federativ Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bəyan etdi. O, Azərbaycanın İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi bu məsələdə beynəlxalq ictimaiyyətin kollektiv səylərini dəstəkləməyə hazır olduğunu vurğuladı. Azərbaycan rəsmisi beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirərək Afrika Buynuzu regionunda sülh və sabitliyin təmin olunması üçün bütün ölkələri beynəlxalq hüquq çərçivəsində məsuliyyətlə davranmağa çağırdı. Fövqəladə iclasın sonunda üzv dövlətlər yekdilliklə Somalinin ərazi bütövlüyünə dəstək ifadə edən qətnamə qəbul etdilər. 

* * *

Nəzərə çatdıraq ki, son illər Azərbaycan və Somali arasında rəsmi təmaslar artıb, qarşılıqlı səfərlər və anlaşmalar ikitərəfli əlaqələrin inkişafına təkan verib. 2024-cü il iyulun 26-da Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Bakıya rəsmi səfər etdi. Birgə mətbuat konfransında nazir Ceyhun Bayramov Somalinin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğuladı. Öz növbəsində, Əhməd Moallim Fiqi Azərbaycanın “Somalilənd” regionu ilə bağlı qətiyyətli mövqeyini Somali ilə həmrəylik kimi qiymətləndirdi. 2025-ci il fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudun ilk dəfə Azərbaycana rəsmi səfəri baş tutdu. Onun Prezident İlham Əliyevlə görüşünün nəticəsi olaraq iki ölkə arasında müxtəlif sahələrə aid mühüm sənədlər imzalandı.

Azərbaycan Somalini özünün Afrika qapısı kimi görərək bu ölkə ilə iqtisadi-ticari əlaqələri də genişləndirməyi planlaşdırır. Artan siyasi etimad fonunda Azərbaycan Somalinin infrastruktur, liman təsərrüfatı, logistika və kənd təsərrüfatı sahələrinə investisiya qoymaq imkanlarını araşdırdığını bəyan edib. 2025-ci ildə imzalanan sənədlərin sırasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi də öz əksini tapıb. Bütün bunlar göstərir ki, Azərbaycan və Somali bir-birinin milli maraqlarına hörmət və dəstək əsasında çoxşaxəli tərəfdaşlıq qurmaqdadırlar. Azərbaycan Somali hökumətini beynəlxalq müstəvidə dəstəkləməklə yanaşı, praktik sahələrdə real layihələrlə bu dostluğu möhkəmləndirir.

* * *

Həmçinin Azərbaycan parlamentinin nümayəndə heyəti beynəlxalq tədbirlərdə (məsələn, 2017-ci ildə Parlamentlərarası İttifaqın sessiyasında) bütün regional münaqişələrin, o cümlədən Somalinin “Somalilənd” məsələsinin də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini bəyan edib. Azərbaycan parlamentariləri öz çıxışlarında dünyada separatizmin təhlükəli presedentlər yaradacağına diqqət çəkib və Somalinin bölünməzliyi prinsipinə sadiq qaldığını göstərib.

Mövzu ilə bağlı XQ-yə danışan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə, Azərbaycan tərəfinin mövqeyi Şimali Kipr və Kosovo məsələlərində olduğu kimi, bu mövzuda da qəti və dəyişməzdir: “Xüsusi vurğulamaq lazımdır ki, ərazi bütövlüyü məsələsi Azərbaycan üçün prinsipial və dəyişməz siyasi xətt statusu daşıyır. Bu yanaşma, konkret olaraq, Somali konteksti ilə məhdudlaşmır. Rəsmi Bakı eyni prinsipə Şimali Kipr məsələsində də sadiq qalır. Məlum olduğu kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasını dövlət kimi tanımır. Humanitar və sosial müstəvidə müəyyən əlaqələr saxlanılır, yardım göstərilir. Lakin bu münasibətlər heç vaxt rəsmi tanınma müstəvisinə keçirilməyib.

Bu mövqe ondan irəli gəlir ki, Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərini selektiv yanaşma predmetinə çevirmir. Məsələn, Kosovo məsələsində də oxşar mövqe nümayiş etdirilib. Kosovonu bu gün yüzə yaxın müsəlman və Avropa ölkəsi tanımasına baxmayaraq, Azərbaycan həmin qərara qoşulmayıb. Bu isə Bakının suverenlik və ərazi bütövlüyü prinsipinə münasibətdə vahid və dəyişməz siyasi xətt yürütdüyünü göstərir”.

Politoloqun sözlərinə görə, Qarabağ məsələsində 30 il ərzində yürüdülən beynəlxalq siyasi davranış modeli açıq şəkildə sübut etdi ki, rəsmi Bakı heç bir vahid ərazinin fraqmentlər üzrə parçalanmasını dəstəkləmir: “Somalinin uzun müddətdir mərkəzləşdirilmiş dövlət mexanizmlərinin zəifləməsi fonunda parçalanma riskləri ilə üzləşməsi məlum reallıqdır. Lakin hansısa bölgələrin mərhələli şəkildə tanınması yolu ilə bu parçalanmanın legitimləşdirilməsi Azərbaycan üçün qəbuledilməzdir. Rəsmi Bakı bu xarakterli presedentlərin beynəlxalq sistem üçün təhlükəli nəticələr doğuracağını hesab edir və bu mövqeyini prinsipial şəkildə ortaya qoyur. Bu məsələdə Azərbaycan Türkiyə ilə eyni siyasi xətt üzərindən həmrəy mövqe nümayiş etdirir”.

R.Musabəyov son olaraq Azərbaycanın Somali ərazisinə sülhməramlı qüvvə göndərməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirdi: “Hazırda bu istiqamətdə hər hansı təşəbbüs gündəlikdə yoxdur. Rəsmi Bakının belə bir planı mövcud deyil. Bu səbəbdən dövriyyəyə buraxılan iddialar real əsaslara söykənmir və daha çox spekulyativ xarakter daşıyır”.

Bəli, Azərbaycanın “Somalilənd” məsələsi ilə bağlı mövqeyi aydın və dəyişməzdir: Rəsmi Bakı Somalinin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn fundamental prinsipi kimi müdafiə edir. Bu mövqeyini həm ikitərəfli münasibətlərdə, həm də BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda ardıcıl şəkildə göstərir. Separatçılıqdan əziyyət çəkmiş iki ölkə bir-birinin ərazi bütövlüyünə hörməti xarici siyasətlərinin təməl prinsipi kimi görür. 

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri